Çulpan Xamatova anqarda məşq etdi

Çulpan Xamatova anqarda məşq etdi
23 iyul 2024
# 17:15

Latviya Milli Teatrı heç bir səbəb göstərmədən Dmitri Krımovla bağladığı müqaviləyə xitam verib.

Kulis.az xəbər verir ki, Krımov Çulpan Xamatova və Maksim Suxanovla birlikdə "Dəlinin qeydləri" tamaşasını hazırlamaq üçün Latviya Milli Teatrı ilə müqavilə bağlamışdı. Teatr müqaviləyə xitam verdiyi üçün, tamaşanın məşqlərini Riqa şəhərinin yaxınlığındakı anqarlardan birində keçirirlər.

Tamaşanın premyerası sentyabrın 18-ə planlaşdırılıb.

Anqarın içində istilik 35 dərəcədən yüksək olur və məkan teatr səhnələşdirmələri üçün qətiyyən uyğun deyil.

Qeyd edək ki, iyun ayında Yeni Riqa Teatrı da Çulpan Xamatova ilə bağladığı müqaviləyə xitam vermişdi. Xamatova müharibəyə etiraz olaraq Rusiyanı tərk edəndən sonra çalışmağa başladığı bu teatrın səhnəsində bir neçə obraz canlandıra bilsə də, sonuncu rol aldığı tamaşanı premyeradan bir neçə gün qabaq ləğv etmişdilər.

# 1252 dəfə oxunub

Müəllifin son yazıları

# # #