Bakı Bələdiyyə Teatrı mövsümü “Ana tarla” tamaşası ilə açdı

Bakı Bələdiyyə Teatrı mövsümü “Ana tarla”  tamaşası ilə açdı
11 sentyabr 2024
# 17:45

Bakı Bələdiyyə Teatrı 32-ci mövsümü görkəmli qırğız yazıçısı, ictimai-siyasi xadim Çingiz Aytmatovun “Ana tarla” tamaşası ilə açıb.

Kulis.az xəbər verir ki, tamaşanın nümayişindən əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov çıxış edərək, iki ölkə arasındakı əməkdaşlıqdan söhbət açıb.

Sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Ana tarla” tamaşası nümayiş olunub.

Səhnə əsərində rolları Əməkdar artistlər Hüsniyyə Mürvətova, Səmayə Sadıqova, aktyorlar Rəşad Kəsəmənli, Tural Əhməd, Namiq Cavadov, Elçin Muradov, Ülviyyə Rza, İsmayıl Atakişiyev və başqaları ifa ediblər.

Əsər doğma yurda və torpağa sadiq olan sadə insanlardan bəhs edir. Tamaşada İkinci Dünya müharibəsində insanların yarımçıq qalmış taleləri, məhv olmuş arzu və istəkləri, eyni zamanda insanlığa, gələcəyə ümidləri əks olunur.

# 978 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #