"Ana" tamaşası nümayiş olunacaq

"Ana"  tamaşası nümayiş olunacaq
4 iyul 2024
# 11:19

4 iyul saat 15:00 - da Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında ADİMU-nin diplomantı Müşfiq Elmanoğlunun diplom işi olan "Ana" tamaşası nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, tanınmış çex yazıçı Karel Çapekin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Müşfiq Elmanoğlu, quruluşçu rəssamı Şahin Hüseynli, musiqi tərtibatçısı Aygül Quliyevadır.

Tamaşada aktyorlar Zülfiyyə Alhüseynova, Anar Seyfullayev, Anar Səfiyev, Araz Pirimov, İlhan Sadıqov, Mətləb Abuşov, Hüseyn Bayramov iştirak edirlər.

Diplom işinin rəhbəri Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

1938-ci ildə yazılmış əsərdə faşizmə qarşı mübarizə və müharibənin gətirdiyi mənəvi sarsıntılar, iztirablar təsvir olunur. Ana Doloresin həyat yoldaşını və oğullarını müharibədə tədricən itirməsi bunların fonunda baş verən hadisələr təsvir edilir

# 1038 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #