Aktyorlar məhkəməyə müraciət etdi

Aktyorlar məhkəməyə müraciət etdi
26 iyul 2024
# 13:32

Rusiya Ordusu Teatrında kütləvi ixtisar baş tutub.

Kulis.az xəbər verir ki, teatrın 15 aktyoru işsiz qaldığı üçün məhkəməyə müraciət edib.

Teatrın rəhbərliyinin sözlərinə görə, bu, yeni rejissorun qərarıdır:

"O aktyorların müqaviləsi yenilənməyib. Səbəb isə sadədir: istənilən teatra yeni bədii rəhbər və ya baş rejissor gələndə, heyəti təzələyir. Teatrımıza yeni baş rejissor təyin olunmuş Aleksandr Aleksandroviç Lazarev də köhnə aktyorlardan 15-i ilə işləmək istəməyib. Əvəzində isə, truppaya 10 yeni aktyor qəbul edib. Bu, istənilən teatrda baş verən təbii prosesdir".

İyirmi ilə yaxındır sözügedən teatrda aktrisa işləyən Kseniya Taran digər həmkarları ilə birlikdə məhkəməyə müraciət edib.

"Biz işimizə qaytarılmaq tələbi ilə məhkəməyə müraciət etmişik, çünki bizi işdən qanunsuz şəkildə azad ediblər".

# 2749 dəfə oxunub

Müəllifin son yazıları

# # #