Müsəlman qaçqınlar kütləvi şəkildə xristianlığı qəbul edirlər - SENSASİYA

Müsəlman qaçqınlar kütləvi şəkildə xristianlığı qəbul edirlər - <span style="color:red;">SENSASİYA
21 iyun 2016
# 12:06

Almaniya, Hollandiya, Danimarka kimi Avropa ölkələrində Yaxın Şərq və Asiyadan gələn qaçqınlar islam dinindən xristianlığa keçir. Xristianlığa keçənlərin sayının getdikcə artması Avropada müzakirələrə səbəb olub. Məsələyə şübhə ilə yanaşanlar düşünürlər ki, qaçqınlar mühacirət müraciətinə asanlıqla cavab almaq üçün bu addımı atırlar.

Ötən ay Almaniyanın Hamburq şəhərində keçirilən kollektiv vəftiz mərasimində yüzlərlə pakistanlı və əfqan xristian olmaq üçün növbəyə durublar. Belə mərasimlər son vaxtlar təkcə Almaniyada deyil, Hollandiya və Danimarka kimi Şimali Avropa ölkələrində də keçirilir. Şimali Avropa ölkələrində yerli xalqın son illərdə ayağını kəsdiyi kilsələri indi din dəyişdirən qaçqınlar doldurur.

Bəziləri bu halı İspaniyada İnkvizisiya zamanı müsəlman və yəhudilərin dinlərini dəyişməsi ilə müqayisə edir. Çoxları qaçqınların bu addımı Avropada yaşamaq hüququnu asanlıqla əldə etmək üçün etdiklərini deyirlər. Çünki xristianlığa keçən bir çox qaçqının öz ölkələrinə geri göndərildikləri təqdirdə edam cəzası ilə üzləşəcəkləri məlumdur.

Tanrının hədiyyəsi

Din adamlarının çoxu baş verənlərdən razıdır. Almaniyanın paytaxtı Berlində yerləşən Yevangelik Lüteran kilsəsinin rahibi Gottfried Martens son hadisələri “Tanrının hədiyyəsi” adlandırır. Son üç il ərzində təkcə bu kilsəyə içlərində daha çox iranlı və əfqanların olduğu 1200-dən artıq qaçqın xristian olmaq üçün müraciət edib. Alman ARD televiziyasının verdiyi xəbərə görə son vaxtlar Hamburqdakı Farsi Kilsəsində 600 qaçqın dinini dəyişib.

Şimali Avropada din dəyişdirən qaçqınlar haqqında rəsmi rəqəm omasa da müxtəlif mətbuat orqanlarının məlumatına görə bu rəqəm mini, hətta on mini keçir. Hamburqda 80 qaçqının iştirakı ilə təşkil olunan vəftiz mərasimini izləyən alman Stern dərgisinə iranlı qadın belə deyib: “Ömrüm boyu İslamda dinclik və xoşbəxtlik axtardım, amma tapmadım”.

Başqa bir qaçqın isə həyatındakı sevgi əskikliyini xristianlıq sayəsində tapdığını söyləyib.

Pulsuz dil kursu

Hollandiyada yevangeliya kilsəsi din dəyişdirənlərə dəstək olmaqla yanaşı onların cəmiyyətə inteqrasiyasını asanlaşdırmaq üçün pulsuz flamanq dili dərsləri də verir, xristian ailələrdə müvəqqəti qalmalarını təşkil edir. Kilsənin fikrincə qaçqınların qərarının mühacirət müraciəti ilə əlaqəsi yoxdur. Hollandiya rəsmiləri din dəyişdirənlərə şübhəylə yanaşdıqları üçün, bu hal müraciət edən qaçqınların vəziyyətini asanlaşdırmaq yerinə daha da çətinləşdirir.

Almaniyada isə din dəyişdirmə mühacirət müraciətinə müsbət təsir edir. Berlinli rahib Martens onların cəmiyyətində demək olar bütün qaçqınların müraciətinin qəbul olunduğunu bildirib.

Etiraz edən kilsələr də var

Ancaq bəzi kilsələr baş verənləri şübhə ilə qarşılayır. Hollandiyanın Keizersgracht Kilsəsinin rahibi Gerhard Scholte əvvəllər nasistlərdən qaçan yəhudilərə kömək etdiklərini xatırladaraq əlavə edib ki, yalnız kiminsə həyatını xilas etmək naminə din dəyişdirməyə dəstək verirlər: “Hamı Tanrının övladıdır. İnanc şərtlərdən asılı olmamalıdır.”

Bəzi qaçqınların xristianlığı azadlıqla eyniləşdirdiyini deyən rahib bəzi kilsələrin də mühafizəkar olduğunu bildirib.

# 1739 dəfə oxunub

Müəllifin son yazıları

# # #