Xaqani Şirvani öz müəllimi Əbül-Üla Gəncəvini saraydan necə qovdurdu - FAKT

Xaqani Şirvani öz müəllimi Əbül-Üla Gəncəvini saraydan necə qovdurdu - <span style="color:red;">FAKT
19 oktyabr 2017
# 15:20

Kulis.az dünya şöhrətli nizamişünas Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabından Əfzələddin Xaqaninin müəllimi, ustadı Əbül-Üla Gəncəvi ilə münasibətlərinə dair hissəni təqdim edir.

Əbül-Üla Gəncəvinin 55 yaşı olanda o saray himayəsindən məhrum qalmışdı və öz bəxtindən şikayət edərək yazırdı:

Mənim qəlbim su və alov kimi incə və güclü ikən

Nə üçün mən hər yaramazın qarşısında torpaq və yel kimi alçalıram.

...Bu bitməz ömrümdə müasirlərimdən

Bir nəfər tapmadım ki, onda həqiqət və vəfa olsun.

Bu şikayətlər tamamilə əsaslı idi, çünki şairə qorxunc zərbə endirənlərdən biri də onun ən yaxın şagirdi, saray qəsidəsinin böyük ustadı Əfzələddin Xaqani idi. Əbül-Ülanın təcrübəli gözləri Xaqanini çox tez seçmişdi. Onun nəzarəti altında bitirdiyi məktəb, Xaqanini tez bir zamanda sarayın mədh və tərif ustalarının ilk sırasına çəkmişdi. Ədəbi dilin bütün zənginliyini mənimsəməsi və yeni, lakin çox vaxt son dərəcə cürətli, bəzənsə yersiz, təşbeh və obrazlar yaratmaq cəsarəti Xaqanini saray şairləri üçün qorxunc bir rəqib etmişdi. Əbül-Üla texnika sahəsində onun üstünlüyünü bilə-bilə yenə də öz şagirdini saraya gətirmişdi. Xaqani dərhal gözə çarpmış, həm Məniçöhrün, həm də onun oğlu Axistanın yüksək iltifatına nail olmuşdu.

Lakin bu yardıma qarşı təşəkkür əvəzinə Xaqani öz qoca müəlliminin üzərinə ismaililərlə (şahın düşmənləri - red.) əlaqədə olmaq böhtanını atmış və beləliklə özünə sarayda müstəsna yer tutmağa nail olmuşdu. Lakin padşahın sevimli şairlərinin başına gələn ona da nəsib oldu. Vaxtıyla Əbül-Üla qarşı yürüdülüb onu sarsıdan ittihamı indi də Xaqaninin rəqibləri ona qarşı yürütmüşdülər və Xaqani Şəbəran qalasında, Şirvanşahların dövlət zindanında həbsin bütün dəhşətlərini keçirdi.

# 1894 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #