Bunları etsəniz milyon qazanacaqsınız - Məsləhətlər

Bunları etsəniz milyon qazanacaqsınız - <span style="color:red;">Məsləhətlər
6 oktyabr 2019
# 21:00

Kulis.az minlərlə işçi və rəhbərdən müsahibə almış jurnalist Culi Bortun “iş həyatında uğurlu olmaq üçün bəşəri məsləhətlər”ini təqdim edir.

Yazı ilk dəfə “Business Insider” saytında dərc olunub.

1. İşə ehtirasla yanaşın. İşinizin sizin üçün mənalıdırsa, iş həyatınız əyləncəyə çevriləcək.

2. Bəzi şeyləri dəyişmək lazımdırsa, dəyişikliyin lideri siz olun. Ofisdə problem varsa, problemi həll edən siz olun.

3. Öyrənilməsi çətin olan şey, nə vaxt davam ediləcəyini və nə vaxt dayandırılacağını bilməkdir. Bunu sizə heç kim deməyəcək.

4. Heç kim tək qalib gəlmir.

5. Kömək istəyin. Kömək edənə təşəkkür edin.

6. Ətrafınızda pozitiv insanlar olsun, pozitiv nəticələr əldə edəcəksiniz.

7. İnsanların həyat təcrübələri fərqlidir. İki insan eyni iclasa girir və fərqli təəssüratlarla ayrılır. Buna görə də münaqişəyə girməyin. Situasiyaya uyğun davranın.

8. Kiməsə hörmət etmək və nəzakət göstərmək üçün onu sevmək məcburiyyətində deyilsiniz.

9. Nə qədər çox iş görürsünüzsə, görün, nə qədər uğurlu olursunuzsa, olun, hər zaman bizdən daha çoxuna sahib olanlar çıxacaq.

10. Vaxtını daha çox qabiliyyətlərindən istifadə etməyə və yaxşı olduğu şeyləri işləməyə sərf etsəniz, xoşbəxt ola bilərsiniz.

11. Təcrübə - yeni bir bacarığı təkmilləşdirməyin ən yaxşı yoludur. Yeni şeylər öyrənəndə özünüzə qarşı səbirli olun.

12. Gümrah olmağın ən yaxşı yolu təzə şeylər öyrənməkdir.

13. İlk səhvlərinizdə özünüzə nə qədər tolerant olsanız, yeni şeyləri o qədər tez öyrənərsiniz.

14. Layihənizin ilk mərhələsində heç vaxt bütün qaynaqlara (vaxt, pul, insan və s.) sahib ola bilməzsiniz.

15. Qaynaq əskikliyi bəhanə deyil, cildini dəyişmiş lütfdür.

16. Yaradıcılıq və yenilik hər gün etdiyiniz şeyləri yeni üsullarla yoxlayaraq öyrənməyinizdir.

17. Hesablana bilən risklər alın.

18. Şirkətinizin, karyeranızın və ya layihənizin ilk mərhələsində çox şeyə “bəli”, sonrakı mərhələlərdə isə “yox” deməyə məcbur qalarsınız.

19. Tənqid edəndə iş haqda danışın, insan haqda deyil.

20. Böyük düşünün, böyük xəyallar qurun (Alternativi kiçik düşünmək və kiçik xəyallar qurmaqdır).

21. Xəyallarınıza doğru gedən bir yol cızın. Ona dərhal çatmaq mümkün olmasa da, addım-addım yaxınlaşa bilərsiniz.

22. Böyük düşünsəniz, “hə”dən çox “yox” eşidərsiniz. Qərarı verən isə sizsiniz, onlar yox.

23. Uğurun bir sirri varsa, o da budur: Planlarınızı digər insanlarla bölüşün və prosses bpyu onlarla əlaqədə olun.

24. Çevrənizi genişləndirin. Yeni insanlarla tanış olmaq və onlarla görüşməyə səy göstərin.

25. Nə qədər uğurlu olursunuzsa olun, yenə də uğursuzluqlarla üzləşə bilərsiniz.

26. Uğursuzluq pis şey deyil. Prosesin bir hissəsidir. Özünüzü buna hazırlayın.

27. Hörmət və qərarlılıqla insanlara “yox” deməyi öyrənin.

28. Qarşınızdakı insan nə qədər varlı, məşhur və uğurlu olursa olsun, onun da sizin kimi xəyalları, qorxuları olan adi bir insan olduğunu unutmayın.

29. Çətin insanlarla işləmək də prosesin bir hissəsidir. Hörmətini saxlayın və işinizi yaxşı görün, 90% ona qalib gələcəksiniz. Qalan 10% isə yeni iş axtarmaqdır.

30. Nə istədiyinizə köklənin, nə istəmədiyinizə yox.

# 8555 dəfə oxunub

Müəllifin son yazıları

# # #