Qaraqoyunlu və Ağqoyunludan bəhs edən kitab çap olunub

Qaraqoyunlu və Ağqoyunludan bəhs edən kitab çap olunub
29 iyul 2016
# 11:11

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə “Türkman sülalələri” (Azərbaycanın Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi haqqında “İranın Kembric tarixindən” çıxarışlar) kitabı işıq üzü görüb. Bu barədə Musavat.com-a Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilov məlumat verib.

Şöbə müdirinin sözlərinə görə, bu yeni nəşr “İranın Kembric tarixindən” çoxcildliyinin VI bölməsinin tərcüməsidir. Kitabın tərcüməçisi tarix üzrə fəlsəfə doktoru Nərgiz Axundovadır.

Terminlər və sülalə adları lüğətinin də yer aldığı nəşr XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində baş verən əsas tarixi hadisələri əks etdirən məlumat kitabçası kimi də istifadə oluna bilər.

Layihənin məsul redaktoru və “Ön söz”ün müəllifi Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. Kitab Azərbaycanın orta əsrlər tarixi ilə maraqlanan geniş oxucu kütləsi, o cümlədən tarixçi, müəllim, tələbələr üçün nəzərdə tutulub.

# 1531 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #