Tarixi dəyişən bu adamları tanımırıq - SİYAHI

Tarixi dəyişən bu adamları tanımırıq - <span style="color:red;">SİYAHI
23 noyabr 2016
# 09:00

Kulis.az tarixin axarını dəyişdirən, amma adı unudulmuş insanlar haqqında məqaləni təqdim edir.

1. Miltiad

Sərkərdə Miltiadın tarixdəki önəmi tarixin ən böyük qırılmalarından bir sayılan Marafon döyüşündə qalib gəlməsidir.

Perslər islə müharibəni sayca az olsalar da afinalılar uddular. Bunun səbəbi Miltiadın seçdiyi taktika idi.

Miltiad olmasaydı yəqin ki, afinalılar qalib gəlməz və nəticədə dünya mədəniyyətinə töhfələr bəxş edən Sokrat, Platon, Aristotel, Perikl, Sofokl, Hippokrat kimi adlar da ortaya çıxmazdı.

2. Mauris Hillman

Hillman bu gün ABŞ-da məcburi şəkildə tətbiq edilən 14 peyvənddən 8-i icad edib. Bunlar qızılca, qulaqdibi, Hepatit A, Hepatit B, çiçək, miningit, ağ ciyər iltihabı peyvəndləridir.

Hillman XX əsrdə yaşamış bütün elm adamlarından daha çox həyat xilas edib. Bununla belə öləndə onu araşdırmalarından xəbərdar olan adamlar başqa kimsə tanımırdı.

3. Ceyms Harrison

14 yaşında keçirdiyi sinə əməliyyatı nəticəsində bədəninə 13 litr qan vurulması nəticəsində sağ qalan Harrison 18 yaşından etibarən mütəmadi şəkildə qan verməyə başlayıb.

O, mütəmadi şəkildə qan verdiyi üçün deyil, qanında Rho (D) anticismi kəşf edildiyi üçün bu qədər önəmlidir. Bu anticisim doğulmamış uşaqlarda rastlanan Resus xəstəliyinin yeganə müalicə vasitəsi idi. Bundan sonra Harrison mütəmadi şəkildə qan verməyə başlayır. 1077-ci dəfə qan verdiyi gün adı Ginnesin Rekordlar kitabına düşür. Bunun nəticəsində o, 2.4 milyon uşağın həyatını xilas edib.

Harrison 77 yaşındadı və artıq qan vermir. Amma qanı istifadə edilərək aparılan araşdırmalar nəticəsində Anti-D adı verilən peyvənd tapılıb. Bu peyvənd Resus xəstəliyini müalicə edir.

4. Leo Silard

Silard atom bombasının patentini almışdı.

1932-ci ildə neytronun kəşfi ilə birlikdə neytron əsaslı nüvə reaksiyası fikrini irəli sürərək patent aldı. Bu reaksiyanın bir “partlama” nəticəsində baş verdiyini də deyirdi. Silard bu üsulla bir neçə nüvə reaksiyası yerinə yetirməyə çalışsa da uğurlu nəticə əldə edə bilməmişdi.

1938-ci ildə atomun ikiyə ayrılmasının kəşfiylə birlikdə Silard bunun nüvə bombası məqsədi ilə istifadə edilə biləcəyini başa düşdü. İkinci Dünya Müharibəsi ərəfəsiydi və Berlin-Roma-Tokio oxu dövlətləri çevik davransaydılar bu böyük təhlükə yarada bilərdi. Buna görə o, ABŞ prezidenti Ruzveltə onları gözləyən təhlükəni izah edən bir məktub yazdı. Amma tanınmadığı üçü məktubun prezidentə çatdırılacağından əmin deyildi. Buna görə də Albert Eynşteyindən kömək istədi.

Bunları Eynşteynə danışdıqda məşhur fizik “bunu heç düşünməmişdim” deyə cavab verir. Eynşteyn məktubun altına imza atır və məktub prezidentə çatdırılır. Bu məktub “Eynşteyn məktubu” kimi tanınsa da əslində Silard yazıb.

Nəticə: Prezident məktubu alır. Qısa müddət ərzində Manhetten layihəsi başlayır, atom bombası istehsal edilir və tarixin axarı dəyişdirilir.

5. Con Bardin

Con Bardin tranzistoru icad edib. Bu gün elektriklə işləyən bütün cihazların gücü tranzistordan qaynaqlanır. Yəni informasiya əsri onun sayəsində mümkün ola bildi desək yanılmarıq.

6. Norman Borlouq

XX əsrin ortasında olduqca məhsuldar əkinçilik texnikası ilə ənənəvi əkinçilikdə inqilab edib. Onun bu üsulu Meksika, Pakistan və Hindistan kimi ölkələrdə tətbiq edildi, nəticədə milyonlarla insan aclıqdan xilas oldu. Borlouq “Yaşıl inqilb” nəticəsində Nobel Sülh mükafatına sahib olsa da çoxluq onu tanımır.

7. Stanislav Petrov

Soyuq müharibə zamanı SSRİ zabiti olan Petrov 26 sentyabr 1983-cü il günü raketdən hücum sistemində növbətçi idi.

Sistem düşməndən gələn nüvə raketi hücumunu əvvəlcədən müəyyən edib həyəcan siqnalı verirdi. O gün də həyəcan siqnalı ABŞ-ın hücum etdiyini xəbər verirdi. Petrov bu xəbəri rəhbərliyə bildirmir. Üstəlik ard-arda dörd dəfə həyəcan siqnalı çalınsa da Petrov bunları analiz edərək yalançı həyəcan siqnalı olduğunu müəyyənləşdirir.

Sistem o gün həqiqətən səhvən siqnal vermişdi. Petrov mətanətli davranıb rəhbərliyə xəbər verməmək məsuliyyətini boynuna götürməsəydi dünya nüvə hücumu nəticəsində məhv olacaqdı.

8. Acay Bhatt

Çox az insanın tanıdığı Bhatt kompüter texnologiyasına damğa vuran USB interfeysini yaradan şəxsdir.

9. Robert Huk

Huk hüceyrəni kəşf edib. Bununla yanaşı optika, cazibə, palentologiya, memarlıq kimi sahələrdə də bir sıra yeniliklər edib. Tarixdə onun adını heç kimin bilməməsinin səbəbi İsak Nyuton ilə arasındakı dava idi. Nyuton hələ də Hukun bir çox fikrinə sahib çıxmaqda ittiham olunur.

10. Denis Ritçi

C proqramlaşdırma dilinin yaradan Denis Ritçi olmasaydı bu gün C, C++, Java kimi proqramlaşdırma dili və Unix platforması olmayacaqdı.

Stiv Cobs ilə eyni ayda ölməsinə baxmayaraq çox adam bilmədi. Onsuz çoxları onun adını belə bilmir. Halbuki Stiv Cobs milyon dollarlıq bir şirkətin qurucusu ikən, Ritçi trilyon dollarlıq bir sənayenin atası olub.

11. Tim Berners-Li

Bu gün milyonlarla insan e-mail göndərir, onlayn oyun oynayır, başqa bir şəhərdəki dostu ilə danışır, musiqi dinləyir və ya bu və ya digər şəkildə internetdən istifadə edir. Bütün bunları Tim Berners-Liyə borcluyuq.

www protokolunu yaradan odur. Bunu patenləyib varlanmaq yerinə o, insanlığın xeyrinə patent almadan istifadəyə verdi.

12. Vitold Pileski

Pileski müttəfiqlərə ətraflı məlumat ötürmək üçün könüllü surətdə Osvensim düşərgəsinə girən zabit idi. Ondan əvvəl adi bir düşərgə hesab olunan Osvensimin Pileskinin məlumatları nəticəsində ölüm düşərgəsi olduğu üzə çıxdı. Düşərgədən qaçdığı zaman özü ilə vacib sənədlər də götürmüşdü. Ölkəsinə geri qayıtdıqda isə casusluqda ittiham edilərək edam edildi.

# 2571 dəfə oxunub

Müəllifin son yazıları

# # #