Qədim insanın nəcisini araşdırdılar, məlum oldu ki... MARAQLI

Qədim insanın nəcisini araşdırdılar, məlum oldu ki... MARAQLI
3 iyul 2014
# 13:09

“Scinence” elmi jurnalında çıxan bir məqalə neandertal insanın daşlaşmış qalıqlarında aparılan araşdırmalara həsr olunub. Alimlərin yekun rəyinə görə neandertalların evolyusiyası bir neçə etapda baş verib.

Alimlər İspaniyanın cənubunda aparılan arxeoloji qazıntılar zamanı neandertal insanlara məxsus daşlaşmış nəcis qalıqları aşkar ediblər. Daşlaşmış nəcis qalıqlarının xüsusi metodla araşdırılması nəticəsində olduqca maraqlı nəticə əldə olunub.

Alimlər əvvəlki araşdırmalara əsaslanaraq neandertal insanın ət yeyən olduğunu bildirirdilər. Neandertal insanın diş daşını araşdıran digər alim qrupları isə əcdadlarımızın əsasən meyvə və tərəvəzlə qidalandıqlarını, ətyeyən olmamaları fikrini irəli sürürdülər.

Daşlaşmış nəcis qalıqlarını araşdıran alimlər isə bu qənaətə gəliblər ki, neandertallar müasir insandan çox ət yesə də daha çox meyvə və tərəvəzlərlə qidalanırmış.

Qədim insanın nəcisinin araşdırılması nəticəsində alimlər neandertal insan orqanizminin xolesterinə reaksiyasını da öyrənə biləcəklərini düşünürlər.

# 2777 dəfə oxunub

Müəllifin son yazıları

# # #