Onlar bu yaşda AYB-yə sədr seçildilər və... - Siyahı

Onlar bu yaşda AYB-yə sədr seçildilər və... - Siyahı
26 avqust 2019
# 12:12

Kulis.az Azərbaycan Yazıçılar Birliyinin qurultayı ərəfəsi Anar müəllimin uzun müddət sədr işləməsi və gənc namizədlərin gündəmə gəlməsi ilə bağlı yaranan müzakirələri nəzərə alıb indiyədək bu quruma rəhbərlik edən şəxslərin rəhbərlik yaşını və işlədiyi müddəti oxucuların diqqətinə çatdırır.

Məmmədkazım Ələkbərli – 29 yaşında. 2 il işləyib (1934-1936)

Seyfulla Şamilov – 34 yaş. 2 il işləyib (1936-1938)

Rəsul Rza – 28 yaşında - 1 il işləyib (1938-1939)

Süleyman Rəhimov – 39 yaşında - 1 il işləyib (1939-1940)

Səməd Vurğun – 35 yaşında - 3 il işləyib (1941-1944)

Süleyman Rəhimov – 44 yaşında – 1 il işləyib (1944-1945)

Səməd Vurğun – 39 yaşında – 3 il işləyib (1945-1948)

Mirzə İbrahimov – 37 yaşında – 6 il işləyib. (1948-1954)

Süleyman Rəhimov – 54 yaşında – 4 il işləyib (1954-1958)

Mehdi Hüseyn – 49 yaşında – 7 il işləyib (1958-1965)

Mirzə İbrahimov – 54 yaşında – 10 il işləyib (1965-1975)

İmran Qasımov – 63 yaşında – 6 il işləyib (1975-1981)

Mirzə İbrahimov – 70 yaşında – 5 il işləyib (1981-1986)

İsmayıl Şıxlı – 67 yaşında – 1 il işləyib (1986-1987)

Anar – 49 yaşında – 32 il işləyib və hələ də işləyir (1987 - ...)

# 2913 dəfə oxunub

Müəllifin son yazıları

# # #