Həsən Həsənovun kitabının müzakirəsi keçiriləcək

Həsən Həsənovun kitabının müzakirəsi keçiriləcək
1 oktyabr 2015
# 11:04

Oktyabrın 4-ü, saat 15:00-da Kitabevim.az kitab marketində Azərbaycanın Polşadakı Səlahiyyətli səfiri, tanınmış ictimai-siyasi xadim, tarix elmləri doktoru Həsən Həsənovun “Qız Qalası” kitabının müzakirəsi keçiriləcək. Kulisin məlumatına görə tədbirdə Həsən Həsənov məruzə ilə çıxış edəcək, daha sonra oxucuların suallarını cavablandıracaq.

Qeyd edək ki, “Qız Qalası” kitabı İçərişəhərdə yerləşən abidələrin, eləcə də Bakının simvolu olan Qız qalasının tarixi simasının qorunub saxlanması və gələcək nəsillərə çatdırılması məqsədilə qələmə alınıb. 400 səhifədən ibarət iki mövzuya həsr edilən bu kitabda Bakı şəhərinin yaranma tarixi və Qız qalası haqqında geniş məlumatlar yer alıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə nəşr edilən bu kitabın elmi redaktoru mərhum akademik Rasim Əfəndiyevdir.

Tədbirə giriş sərbəstdir.

# 1388 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #