İkinci, üçüncü arvadı insanlara kim göndərir?

İkinci, üçüncü arvadı insanlara kim göndərir?
3 sentyabr 2019
# 21:00

Kulis.az yapon xalqına məxsus müdrik ifadələri təqdim edir.

Problemi həll etmək mümkündürsə, narahat olmağa dəyməz. Yox əgər həll etmək mümkün deyilsə, narahatlığın artıq heç bir mənası yoxdur.

Düşündün – qərar ver, qərar verdinsə – düşünmə.

Gedəni saxlama, gələni qovma.

Düyünün içindəki qara daşlardan deyil, ağ olanlardan qorx.

Pis adamın dostu olmaqdansa, yaxşı adamın düşməni ol.

Sıradan adamlar yoxdursa, böyük insanlar da ola bilməz.

Kim ki zirvəyə qalxmağı hamıdan çox istəyir, pilləkəni də özü tapmalıdır.

Ərlə arvad əllə göz kimi olmalıdır: gərək əl ağrıyanda, göz ağlasın, göz ağlayanda əllər yaşını silsin.

Dəniz ona görə böyükdür ki, balaca çaylardan nə umur, nə də küsür.

Şərab içən ziyanını bilmir, içməyən faydasını.

Qılıncı bir dəfə istifadə edəsi olsan da, gərək həmişə üstündə gəzdirəsən.

Gözəl güllər yaxşı bar vermir.

İlk arvadı sənə Allah, ikinci arvadı insanlar, üçüncüsünü isə şeytanlar göndərər.

Kədər cırıq paltar kimidir, gərək çıxanda evdə qoyasan.

Sevgi olanda çiçəkdəki yara da yanaqdakı batıq kimi gözəl görünür.

Oxuduğun hər şeyə inanacaqsansa, heç nə oxuma.

Bir şirin söz qışın üç ayını isidə bilər.

Dəlilərə və axmaqlara yol ver.

Kimdənsə şübhələnməmişdən əvvəl yeddi dəfə yoxla.

Əlindən gələni et, qalanını taleyin öhdəsinə burax.

Həddindən artıq dürüstlük axmaqlıqla sərhəddir.

Gülüş olan evə xoşbəxtlik gələr.

Qələbə - rəqibindən bir saat daha çox dözə bilənindir.

Bəzən elə olur ki, yarpaq batır, daş isə üzür.

Gülən üzə güllə atmırlar.

Soyuq çaya və soyuq düyüyə dözmək olar, amma soyuq baxış və soyuq sözə dözmək olmur.

10 yaşında – möcüzəsən, 20 yaşında – dahi, 30-dan sonra - adi adam.

Qadın istəsə, divarın içindən də keçib gedər.

Soruşmaq bir dəqiqəlik utancdır, bilməmək isə ömürlük.

Mükəmməl güldan pis ustanın əl işi ola bilməz.

Bir azca əyilməkdən qorxma, daha dik durmağı öyrənəcəksən.

Dərin çaylar sakit axar.

# 7844 dəfə oxunub

Müəllifin son yazıları

# # #