90-larda doğulanların xatırlamayacağı 10 şey

90-larda doğulanların xatırlamayacağı 10 şey
23 noyabr 2016
# 14:00

Kulis.az doxsanlarda doğulanların xatırlamayacağı on şeyi təqdim edir.

Rusiyanın mərkəzi kanalı ilə yayımlanan “Vremya” verilişi.

Qastronomlar – supermarketləri əvəz edirdi.

Açıqcalar - Sovet vaxtı əlamətdar günlərdə açıqcalar yazmaq dəbdə idi.

Musiqi valları – Bunlara disklərin babası da demək olar.

Sovet limonadları – indi də limonadlar var, amma o sanki dadı vermir.

Alabaş avtobuslar – o qədər doğmalaşmışdı ki, ona ad da qoymuşdular – alabaş.

Polaroid fotoaparatlar - Tez parladı, tez söndü.

Sosiska kofe – Onlar artıq duet oxumur. Bir-birlərindən o qədər uzaq düşüblər ki, heç şəkillərin də tapa bilmədik. Eybi yox, burda birləşdirək.

Ət-yağ-qənd talonları –Bunun izahı 3 manatdır.

Xoruz Baba – “Piri babanın nağılları” adlı televiziya verilişinin məşhur qəhrəmanı. Aktyor Hüseynağa Sadıqov “Xoruz baba” rolunda çıxış edirdi. Sən hardan biləsən, gecə niyə uzundur.

# 2295 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #