Məşhur aktyor soyadından imtina etdi

Məşhur aktyor soyadından imtina etdi
14 sentyabr 2015
# 09:06

Amerikalı tanınmış aktyor Conni Depp zarafat edərək öz həyat yoldaşı aktrisa Ember Herdinin soyadını almaq istədiyini deyib.

Aktyor bu barədə "Cimmi Kimmellə canlı" (Jimmy Kimmel Live!) şousunda qonağ olduğu zamanı deyib.

Verliş zamanı aktyorun soyadının mənşəyi müzakirə olunub. Bu zaman aparıcı qeyd edib ki, Conni Deppin həyat yoldaşı onun soyadını qəbul etməyib. Aktyor öz növbəsində "Ola bilsin ki, mən özüm onun soyadına keçim", - deyə zarafatla cavab verib. Aparıcı reallıqda bunun qəribə görünəcəyini deyib.

Coni Depp zarafat etsə də son vaxtlar bir çox məşhurlar öz xanımlarının soyadlarını götürürlər. Məsələn, The White Stripes qrupunun vokalçısı Cek Uayt öz həyat yoldaşı Meri Uaytın soyadını qəbul edib. The Beatles qrupunun solisti Con Lennon isə Yoko Ono ilə evlilikdən sonra öz soyadına Ono adını əlavə edib. /ans press/

# 1502 dəfə oxunub

Müəllifin son yazıları

# # #