Ən qədim İŞGƏNCƏLƏR

Ən qədim <span style="color:red;">İŞGƏNCƏLƏR
23 aprel 2015
# 20:25

Kulis qədim dövrlərdə icra olunmuş ən amansız cəza növlərini təqdim edir.

Axtalama

Qədim skiflərdə axtalama cəza növü idi. Skif döyüşçülər müharibəyə gedəndə özləri ilə balaca mis oraqlar götürür, bununla əsir götürülmüş döyüşçülərin cinsiyyət orqanlarını kəsirdilər. Skiflərin qadınları da döyüşdə iştirak etdikləri üçün axtalama əməliyyatını adətən onlar yerinə yetirirdilər.

Həşəratlarla işgəncə

Həşəratla işgəncə zamanı ən çox milçəklərdən istifadə olunurdu. Qurbanı bağlayıb bədəninə şirin bir şey yaxırdılar. Bundan sonra milçəklər qurbana daraşırdı. Amerika hinduları qurbanın ciyərinə qarışqa daraşdırırdılar. NKVD-də isə çılpaq adamı taxtabiti ilə dolu şkafa salırdılar. Adam əvvəlcə müqavimət göstərsə də bir müddət sonra yorulur, taxtabitilərə təslim olurdu.

Qıdıqlama

Cəlladlar adətən bu üsuldan əylənmək üçün istifadə edirdilər. Məhkumu bağlayıb sonra quş lələyi ilə qıdıqlayırdılar. Bundan başqa məhkumun ayağının altına şirin bir şey yaxıb heyvanlara yaladırdılar. Bunun da sonu ölümlə nəticələnirdi.

Sidik kanalının dalanması

Hindu tayfaları üstü xırda tikanlarla örtülü qamışı əsirin sidik kanalına yeridirdilər. Məhkumun cinsiyyət üzvünü sıxaraq, qamışı fırladaraq əsirə amansız işgəncə verirdilər. Qədim yunanlar da dindirilmə zamanı bu üsuldan istifadə edirdilər.

Atlara yedirtmək

Orta əsrlərdə belə bir cəzalandırma üsulu vardı. Məhkumun qarnını yarır, bağırsaqlarını çıxarır, qarnına yulaf töküb atın qabağına qoyurdular. At yulafı yedikcə məhkum işgəncə ilə ölürdü.

Qanadlı qartal

Məhkumu üzü aşağı uzadıb belini yarırdılar. Qabırğaları onurğaya bitişən yerindən sındırıb qartal qanadı kimi üzüyuxarı qaldırırdılar. Bu işgəncə üsulu ilkin xristianlara tətbiq olunurdu.

Heyvanlar vasitəsilə zorlama

Qədim Romada qadını atla cinsi əlaqəyə girməyə məcbur etmək ən geniş yayılmış işgəncələrdən idi.

Hərəm işgəncələri

Şərqdə hərəmlərdə ipə-sapa yatmayan qadınların vaginasına əridilmiş qurğuşun tökürdülər. Ya da dərini dəlib ora çubuq yerləşdirir, sonra yandırırdılar. Dəridəki piyin hesabına çubuq sönmürdü.

# 3911 dəfə oxunub

Müəllifin son yazıları

# # #