Pol Qogenin rəsm əsəri tapılıb

Pol Qogenin rəsm əsəri tapılıb
24 may 2019
# 17:01

Məşhur fransız rəssamı Pol Qoqenin (1848-1903) məktəb yaşlarında çəkdiyi əsəri tapılıb.

Rəsm auksionçu Aymerik Ruyak tərəfindən aşkar olunub. Şəkil ona ötən ilin payızında ekspert gözü ilə baxılması üçün verilib.

Əsərin sahibini şəkil üzərində Pol Qoqenin imzasının yazılması təəccübləndirib.

Şəkildə dörd mərtəbəli ev təsvir olunub. Qoqen şəkli öz müəlliminin çəkdiyi rəsmdən köçürüb və hətta orda özünü də təsvir edib. O, bu şəkli 17 yaşında çəkib. Şəkil üzərindəki tarix 2 iyul 1865-ci ili göstərir. /azertag.az/

# 1780 dəfə oxunub

Müəllifin son yazıları

# # #