Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn

Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
11 iyul 2020
# 17:01

Bu gün XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən olan Abbas Səhhətin anım günüdür. Kulis.az bu münasibtlə şairin "Yay səhəri" şeirini təqdim edir.

Od tutub qırmızı atəşlə yenə yandı üfüq,
Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq.

Bir qədər çaydan uzaq, od qalamış dağda çoban,
Oyadır öz sürüsün otlaya yaylaqda çoban.

Yumuşaq göy çəmənin üstə düşüb şeh gecədən,
İsti yoxdur, hələ var bir balaca meh gecədən.

Ağ dumanlar ucalır göy üzünə dağlardan,
Çox sərindir havası, keçmə bu yaylaqlardan.

Gün çıxır, göydə bulud qırmızı rəngə boyanır,
Kəndlilər çox yorulub, uyqudan indi oyanır.

Pəyədən mal-qaranı bəzi çıxardır qırağa,
Bəzi səhrayə gedir işləməyə, bəzi bağa.

# 6270 dəfə oxunub

Müəllifin son yazıları

# # #