Qızı gözünün qabağında qətlə yetirilən Xalq artisti

Qızı gözünün qabağında qətlə yetirilən Xalq artisti
9 oktyabr 2021
# 11:30

Bu gün Xalq artisti Nuriyyə Əhmədovanın anım gündür. Kulis.az bu münasibətlə onunla bağlı maraqlı faktları təqdim edir.

Azərbaycan kinosunun ən parlaq aktrisalarından biridir. Onun oynadığı filmləri siyahıdan çıxarsaq, çox az, sönük filmlər qalar.

***

“Həm ziyarət, həm ticarət”, “Bağ mövsümü”, “Yuxu”, “Bala başa bəla”, “Fransız”, “Bəxt üzüyü”, “Hər şey yaxşılığa doğru”, “Yoxlama”, “Sahilsiz gecə”, “Yerlə göy arasında”, “Milli bomba”, “Mozalan” süjetləri…

Image result for Nuriyyə Əhmədova

***

Kinoda onun istedadını üzə çıxaran Şahmar Ələkbərov olub. “Sahilsiz gecə” filmində erməni fahişəsi Roza rolunu verməklə onun aktyor ampluasının genişliyini sübut edib: “Ürkək utancaq qız idim. O zamanadək ana, bacı rolları oynayırdım. Birdən-birə bu obraz!”

***

Gallery

Filmoqrafiyasında bu qədər epizodik olsa da parlaq, yaddaqalan filmlər, obrazlar olan aktrisa şübhəsiz xoşbəxtdir. Amma yəqin ki, kino sənəti tarixində onun qədər faciəli taleyi olan aktrisa yoxdur. Həyatda bədbəxt, sənətdə xoşbəxt qadın. Özü haqqında “mənim həyatım elə ayrı bir filmdir” deyirdi…

***

Əsl adı Nuriyyəxanım olan Nuriyyə Əhmədova 26 dekabr 1950-ci ildə Bakıda anadan olub. Atası hərbçi, anası evdar qadın olub. Ailəsi onun aktrisa olmasını istəməyib. Anası onu sonadək bu peşəyə görə bağışlamayıb. Nuriyyə xanım bunu lənət hesab edib. Ümumiyyətlə, aktrisanın dəhşətli etiraflarından biri də məhz budur; o sənətə görə lənətləndiyini düşünüb:

“Mənim səhvim o oldu ki, ailə həyatı qurdum. Mən sənətdə yüksəldikcə ailədə itkilərimin sayı da çoxaldı. Bir gün gülmüşəm, 1 saat sonra ağlamışam. Anam aktrisa olmağıma görə məni son nəfəsinə kimi bağışlamadı.

***

Bizi güldürüb,özü ağlayan qadın : Övladsız və evsiz dünyadan köçən Nuriyyə  Əhmədovanın 68-ci yaşı (VİDEO)

Nuriyyə Əhmədova Musiqili Teatrda işlədiyi vaxtda Əminə Yusifqızının qardaşı, musiqiçi Xanlar İbadovla tanış olub və ailə qurur. Bu evlilikdən onların 3 övladı dünyaya gəlir: İlahə, Əli və Faiq.

***

Ailəsinin, övladlarının sevincini yaşamaq aktrisaya nəsib olmur. 20 yaşında ikən yenicə ana olmuş qızı gözünün qarşısında kürəkəni tərəfindən qətlə yetirilir. Nuriyyə xanım bundan böyük sarsıntı keçirir. Kinoda dil-dil ötən aktrisa üç gün danışa bilmir. Dili tamam tutulur.

***

Qızının övladını götürüb saxlamağa qərar verən Nuriyyə xanım bununla həyata tutunur. Və əlbəttə ki kino ilə.

***

Related image

Amma qara xətt bununla bitmir. Nuriyyə xanım oğlunun xoşbəxtliyindən də təsəlli tapa bilmir. Övladlarını itirən oğlunun ailəsi dağılır. Az sonra oğlu Əli xərçəng xəstəliyinə tutulur və 37 yaşında vəfat edir.

***

Ömrünün sonuna yaxın, avtobusdan yıxılıb, ayağını zədələyir. Xeyli müddət yataqda qalır.

***

Yaşanan psixoloji gərginlik, maddi problemlər üzündən həyat yoldaşından ayrı yaşamağa qərar verir. Bir neçə dəfə müsahibələrində dövlətdən birotaqlı ev istəsə də, verilmir. Ömrünün sonuna kimi rəfiqələrinin evində yaşamalı olur. Elə rəfiqələrindən birinin evində də vəfat edir

***

Bunca maraqlı rollarla zövqünü oxşadığı tamaşaçıya isə yalnız bir təsəlli var: onun oynadığı, xoşbəxt olduğu filmlər. Və son mənzilində əbədi rahatlıq tapacağı ümidi.

# 16326 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #