Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır

Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır
20 may 2024
# 09:00

Mayın 19-23-da Bakıda və Gəncədə keçiriləcək Tacikistan Mədəniyyəti Günləri ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına yeni töhfə olacaq.

Kulis.az xəbər verir ki, bu gün saat 17:00-da mədəniyyət günləri çərçivəsində Nizami Kino Mərkəzində Tacik Kinosu Günlərinin açılış mərasimi olacaq. Mərasim zamanı "Rüstəm və Söhrab" filmi nümayiş etdiriləcək.

Saat 18:00-da Heydər Əliyev Mərkəzində "Tacikistan rəssamlarının rəsm əsərləri, xalq sənətkarlıq nümunələri və milli geyimləri" sərgisi açılacaq.

Axşam saat 19:00-da isə Heydər Əliyev Mərkəzində Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçiriləcək. Qonaq ölkənin incəsənət ustalarının qala-konserti təqdim olunacaq.

Mayın 21-də saat 16:00-da Nizami Kino Mərkəzində kinosevərlər "Şöhrətlənən Sarəzm" sənədli filmini izləyəcəklər.

Mayın 22-də saat 16:00-da Nizami Kino Mərkəzində "Tale" ("Fortuna") bədii filmi göstəriləcək.

Mədəniyyət günlərinin sonuncu günündə - mayın 23-də Nizami Kino Mərkəzində saat 16:00-da Tacik Kinosu Günlərinin bağlanışı olacaq. Kinosevərlər "Güzgü" bədii filmini izləmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, həmin gün axşam 19:00-da isə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Tacikistanın incəsənət ustaları tərəfindən konsert proqramı təqdim olunacaq.

# 565 dəfə oxunub

Müəllifin son yazıları

# # #