Azərbaycanlı aktrisa məşhur qadınları canlandırdı – FOTOSESSİYA

Azərbaycanlı aktrisa məşhur qadınları canlandırdı – FOTOSESSİYA
10 may 2017
# 13:32

Aktrisa Könül Nağıyeva 1930-1950-ci illərin əfsanəvi aktrisaları Ava Qardner, Sofi Loren, Qreta Qabro, Odri Hepborn və opera müğənnisi Mariya Kallası canlandırıb. Kulis.azın türk mətabuatına istinadən verdiyi məlumata görə fotolar “Reborn” layihəsi çərçivəsində çəkilib.

Tərcüməsi “Yenidən doğulmaq” mənasını verən “Reborn” layihəsi çərçivəsində 1930-1960-cı illər arasında çəkilən fotolar araşdırılıb və aralarından ən maraqlıları seçilib. Paltarlar, bəzək əşyaları, saç stilləri və makiyaj fotolardakı orijinallarına uyğun olaraq aktrisa Könül Nağıyevaya uyğunlaşdırılıb. Studiyada 12 saat davam edən iş prosesi lentə alınaraq qısa film kimi hazırlanıb. Film aktrisanın Youtube kanalında yerləşdiriləcək.

İstanbulda yaşayan Nağıyeva “Mən bu qadınlara heyranam. Buna görə də onları kopyalamaq yox, canlandırmaq istədim. Bunu edə biləcəyimə əmin idim. Çünki onlar haqqında çox şey bilirdim. Layihənin qısa filmi “iz buraxan qadınlara” şüarıyla bitir. Çünki onlar böyük iz buraxdılar. İnşallah mən də iz buraxaram.”

# 1333 dəfə oxunub

Müəllifin son yazıları

# # #