Üzeyir bəy “Arşın mal alan”ı niyə qadağan etdi? - TARİXÇƏ

Üzeyir bəy “Arşın mal alan”ı niyə qadağan etdi? - <span style="color:red;">TARİXÇƏ
18 sentyabr 2015
# 09:44

Kulis Cəlil Cavanşirin Dahi Üzeyir bəyin doğum gününə ithaf etdiyi “Bir komediyanın tarixçəsi” məqaləsini təqdim edir.

Bu gün doğum gününü qeyd etdiyimiz dahi Üzeyir bəy və onun yaradıcılığı haqqında çox danışmaq, çox yazmaq olar. Şəxsən mənim üçün Üzeyir bəy təkcə musiqi yaradıcılığı ilə deyil, bədii-publisistik yaradıcılığı ilə də daima aktual, daim diridir. Hərdən onun felyetonlarına göz atanda təəssüf edirəm ki, son 100 ildə yaşadığımız coğrafiyada çox az şey dəyişib…

Bu qısa yazıda Üzeyir bəyin maraqlı həyat yoluna, keşməkeşli taleyinə, nəhəng yaradıcılığına toxunmayacam.

Sadəcə “Arşın mal alan”dan yazacağam.

7-dən 70-ə hamının izlədiyi, sevdiyi musiqili komediyanın maraqlı taleyindən danışacağam.

***

Dahi bəstəkarın üçüncü və sonuncu musiqili komediyası "Arşın mal alan", 1913-cü ildə, Sankt-Peterburq Konservatoriyasına qəbul ərəfəsində yazılmışdır. Librettosunu da Üzeyir Hacıbəyovun yazdığı bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilmiş, 100-dən çox teatrın səhnəsində oynanılmışdır.

Отображается файл "arshin.jpg"

***

Sovet hakimiyyətinin yeni qurulduğu illərdə “qırmızı terror”dan güclə canını qurtarmış bəstəkar Amerikadan, əslən bakılı olan professor Okorokovdan məktub alır. Bu barədə Aydın Kazımzadə “Məşhur “Arşın mal alan” operettasının ekran həyatı” adlı məqaləsində ətraflı məlumat verib.

Məktubda ABŞ-da yaşayan erməni əsilli rejissor Maqalyanın (bəzi mənbələrdə Mamulyan) “Arşın mal alan” adlı film çəkməsi barədə bəstəkara məlumat verilirdi. Professor Okorokov məktubda Üzeyir bəyə onu da yazmışdı ki, filmi çəkən rejissor filmin nümayişindən külli-miqdarda pul qazanıb: “Mənə vəkalətnamə yollayın, qonorarlarınızı alıb sizə göndərim...”

Təbii ki, Üzeyir bəyin ABŞ-a vəkalətnamə göndərməyi qeyri-mümkün idi.

***

Başı bəlalı “Arşın mal alan” haqqında “Üzeyir Hacıbəyov ensklopediyası”nda da maraqlı faktla rastlaşdım: “1943-cü ildә Teһran konfransında iştirak edәn Stalin burada ABŞ rejissor R.Mamulyanın çәkdiyi vә ermәnilәrin adına çıxdığı “Arşın mal alan” filmini görәrәk һiddәtlәnmiş vә ağır müһaribә şәraitinә baxmayaraq tәcili olaraq Azәrbaycanda Hacıbəyovun bilavasitә iştirakı ilә “Arşın mal alan” filminin çәkilişinә başlanılması һaqda göstәriş vermişdir. Hacıbəyov 1945-ci ildә “Stalinә salam” kantatasını yazmışdır.”

Отображается файл "9.jpg"

***

Digər bir versiyaya görə Amerikada həqiqətən “Arşın mal alan” adlı film ermənilər tərəfindən çəkilib. 1937-ci ilin mart ayının 5-də Amerikada ekrana çıxan filmə erməni rejissor Sertaq Vertiyan quruluş verib. Filmin alternativ adı isə “Xırdavatçı sevgili”dir.

***

Ümumiyyətlə, “Arşın mal alan”ın tarixçəsi çox həzin və maraqlıdır. Üzeyir bəyin eyni adlı musiqili komediyası əsasında bir neçə film çəkilib. İlk dәfә 1916-cı ildə Piron qardaşlarının "Filma" sәһmdar сәmiyyәtinin sifarişi ilə rejissor B.Svetlov tәrәfindәn “Arşın mal alan” adlı səssiz film çəkilib. Film sәssiz olduğundan onu xalq çalğı alәtlәri müşayiәt edir, Сabbar Qaryağdıoğlu vә başqa xanәndәlәr musiqili komediyadan ariyalar ifa ediblər. Film tamaşaçılar tәrәfindәn maraqla qarşılansa da, filmin səssiz olması onun uğuruna mane olur.

***

1917-ci ildə Peterburqdan gәlmiş rejissor Q.Belyakov musiqili komediyanı yenidәn ekranlaşdırıb. Lakin o, әsәri ekranlaşdırarkәn müәlliflә mәslәһәtlәşmәmiş, hətta ondan icazә belә almamışdı. Film 1917-ci il aprelin 20-dә ekrana buraxılıb vә cәmi 2 gün nümayiş etdirilib. Hәvәskar aktyorların iştirakı ilә çәkilən film uğursuz alınmış və bu, bəstəkarı hiddətləndirmişdi. Üzeyir bəyin təkidi ilə Belyakovun çəkdiyi filmə qadağa qoyulur və nümayişdən yığışdırılır.

***

1945-ci ildә Bakı kinostudiyasında film yenidən çəkilir. Ağ-qara çəkilən filmin ssenarisini Sabit Rəhman yazır. Rejissorlar R.Təhmasib və N.Loşşenkonun quruluş verdiyi film 1946-cı ildə “Stalin” mükafatına layiq görülür.

***

1965-ci ildə filmin rəngli versiyasını Tofiq Tağızadə çəkir. Filmin ssenarisini rejissorla birgə M. Dadaşov yazır. Filmin musiqi redaktoru isə görkəmli bəstəkar Fikrət Əmirov olub.

***

Bəli, sadəcə “Arşın mal alan” musiqili komediyası kifayət edir ki, Üzeyir bəyin dahiliyini, bənzərsizliyini, musiqi tariximizdəki əvəzsiz rolunu qəbul edək.

Ruhun şad olsun, böyük insan!

# 1049 dəfə oxunub

Müəllifin son yazıları

# # #