Musiqili Teatr öz tamaşasını niyə dəyişdi? - Qalmaqal

 Musiqili Teatr öz tamaşasını niyə dəyişdi? - <span style="color:red;">Qalmaqal
22 may 2018
# 12:04

Musiqili Teatrın mətbuat xidməti mayın 25-də "Nuri-didə Ceyhun" tamaşasının premyerasının keçiləcəyi haqda xəbər yayıb və tamaşada dəyişiklik olduğu bildirilib.

Kulis.az xəbər verir ki, tamaşanın ilk premyerası martın 10-da - Milli Teatr Günü Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi, eyni zamanda, Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə keçirilmişdi.

Tamaşanı yazıçı-dramaturq Əli Əmirlinin “Nuri-didə Ceyhun” pyesi əsasında Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə hazırlamışdı.

Tamaşada rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Pərviz Məmmədrzayev, Şövqü Hüseynov, Anton Ferşdant, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Nadir Xasıyev, Firuz Məmmədov, Şaban Cəfərov, Fərid Rzayev və Elməddin Dadaşov ifa etmişdilər.

Xatırladaq ki, "Nuri-didə Ceyhun" tamaşası mətbuatda çox sərt şəkildə tənqid olunmuş, hətta Ceyhun bəyin ruhuna hörmətsizlik olduğu yazılmışdı.

# 1096 dəfə oxunub

Müəllifin son yazıları

# # #