Tramp və Putinin oxşarı kimdir?"Google" tapdı

<b>Tramp və Putinin oxşarı kimdir?</b> – <span style="color:red;">"Google" tapdı
23 yanvar 2018
# 15:30

“Google Arts & Culture” tətbiqetməsi yeni bir funksiya təqdim edib. Bu funksiya istifadəçilərə dünya muzeylərindən özlərinə bənzəyən portretləri tapmağa kömək edir. Bunun üçün selfi etmək və bunu səhifəyə yükləmək kifayətdir, neyroşəbəkə şəkli araşdıraraq bir neçə variant təqdim edir. Tətbiq oxşarlığın dərəcəsini də təqdim edir. Hələlik bu yalnız ABŞ ərazisində mümkündür, lakin geolokasiyanı dəyişməklə başqa ölkələrdə də istifadə etmək olur. Rusiyanın RİA Novosti saytı bu tətbiqdən istifadə edərək bir neçə siyasət məşhurlarının incəsənətdəki oxşarlarını seçib. Kulis.az həmin fotoları təqdim edir:

Yeni funksiya Rusiya prezidenti Vladimir Putinin oxşarı kimi ingilis baronu Uilyam Fitsebertin portretini təqdim edir. Portretin müəllifi Uilyam Hoqartdır.

Amerika prezidenti Donald Trampın oxşarını Konstantin Melnikovun portretində görmək olar.

Ukrayna prezidenti Pyotr Poroşenkonun oxşarı amerikalı sahibkar Robert Moris çıxdı. Naməlum müəllifin portretindəki adam ABŞ-ın əsasını qoyanlardan biridir. Müstəqillik bəyannaməsinin altındakı imzalardan biri məhz onundur.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun oxşarı olaraq amerikalı siyasətçi Harold Lekler İkes seçilib. Harold Lekler oxşarından fərqli olaraq daxili işlər naziri olub. Həm də 13 il. Bu ABŞ tarixində həmin vəzifədə ən uzun zaman çalışmış şəxsdir.

Böyük Britaniya kraliçası və əfsanəvi birinci ledisi Yelizavetanın Eleonora Ruzveltlə oxşarlığı simvolikdir. Jurnalist, hüquq müdafiəçisi, Franklin Ruzveltin xanımı Eleonora ABŞ-ın həyatında vacib siyasi fiqur idi.

Almaniya kanslerinin muzeydəki oxşarını Uilyam Hoqartın “Hoqartın altı xidmətçisinin başı” əsərində tapmaq olar. Portretdəki qulluqçu Merkeldən cavandır. Amma yəqin ki Anqela Merkelin gənclik şəkillərində oxşarlıq çoxdur.

Mobil tətbiqetmə Fransa prezidenti Emmanuel Makronun üz cizgilərini isə Müqəddəs Roma İmperatorluğunun rəhbəri V Karlda tapıb.

Çin Xalq Respublikasının katibi Si Tsinpinin oxşarı Rembrandtın əsərlərinin arasından çıxıb. Si Tsinpi Rembrandtın vtoportretlərin birinə bənzəyib.

Suriya prezidenti Bəşər Əsədin oxşarı Braziliya rəssamı Alberto Veyq Quqnardın “Təlimçilər” əsərində obraza bənzəyir.

Belorusiya prezidenti Aleksandr Lukaşenko ingilis rəssamı Mark Qertlerin “Kəpənək qalstuk geymiş kişi” obrazı ilə oxşar çıxıb.

# 1107 dəfə oxunub

Müəllifin son yazıları

# # #