Google neçə dəfə sevişdiyimizi də bilirmiş STATİSTİKA

Google neçə dəfə sevişdiyimizi də bilirmiş <span style="color:red;">STATİSTİKA
26 yanvar 2015
# 18:05

Həyatımızın bir parçası olan Google artıq yataq otağımıza belə girib. Nəhəng axtarış servisi təkcə axtardığımız suallara cavab vermir, həm də ona verdiyimiz sualları analiz edib maraqlı hesabat hazırlayır.

Bu hesabatlar ən diqqətəlayiqi cinsi mövzudadır. Kişi və qadınlar Google-da seks barədə ən çox nə axtarırlar? Onun bu mövzuda bildikləri zənn etdiklərimizdən də çoxdur.

Google-un araşdırmasını təqdim edirik.

Google araşdırmasına görə ABŞ-da 18 yaşından yuxarı kişilər ildə orta hesabla 63 dəfə sekslə məşğul olur. Bunların 23-də prezervativdən istifadə olunur.

18 yaşında yuxarı qadınlar isə ildə orta hesabla 55 dəfə sekslə məşğul olur.

Kişilərin axtarışlarda ən çox maraq elədikləri mövzular bunlardır:

Penisi necə uzatmaq olar?

Kişilər yaşlandıqca penisləri kiçilirmi?

İstifadə etdiyimiz streoidlər pensimizi kiçildirmi?

Qadınların 40 faizi penisin böyük olmağından şikayət edir.

Qadın istifadəçilərin ən böyük şikayətləri cinsi əlaqə zamanı yaranan ağrılardır.

Google araşdırmalarından alınan nəticəyə görə evli cütlüklərin ən böyük şikayəti “səssiz evlilik”dəndir. “Səssiz evlilik” başlığı ilə aparılan axtarışların sayı “bədbəxt evlilik” başlığı ilə aparılan axtarışlar 3.5, “sevgisiz evlilik” axtarışlarından 8 dəfə çoxdur.

Kişilərin ən çox verdiyi suallardan biri də budur: “Cinsi əlaqə müddətini necə uzatmaq olar?”

Unutmayın! Hər axtarış bir araşdırmanın məlumatına çevrilir.

# 1042 dəfə oxunub

Müəllifin son yazıları

# # #