Tərcümə Mərkəzinin qəzeti nəşr olunacaq

Tərcümə Mərkəzinin qəzeti nəşr olunacaq
13 oktyabr 2014
# 15:18

“Aydın yol” qəzetinin ilk nömrəsi yaxın günlərdə işıq üzü görəcək. Tərcümə Mərkəzinin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseynin Kulis.Az-a verdiyi məlumata görə “Aydın yol” qəzeti Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbu orqanıdır.

“Aydın yol” – Azərbaycan və dünya ədəbiyyatında gedən prosesləri izləyən, tanınmış ədəbi simaların həyat və yaradıcılığını, Azərbaycan dilinin müxtəlif norma və qaydalarına uyğun şəkildə işlədilməsi proseslərini işıqlandıran həftəlik ədəbi-ictimai qəzetdir.

Bundan başqa qəzetdə ədəbi-bədii, elmi, publisistik ədəbiyyatların, dərsliklərin, habelə, dil və tərcüməyə müraciət edilən digər ədəbiyyatların dil, məzmun və tərcümə baxımından keyfiyyətinin təhlilinə, efir, dublyaj, reklam, küçə lövhələri və digər bu kimi ictimai-kütləvi sahələrdə baş verən dil və tərcümə pozuntusu hallarına və digər əlaqədar materiallar yer alacaq.

# 1746 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #