“Səni 1 095 060 437 082 dəfə öpüb qucaqlayıram” - MOTSARTIN MƏKTUBLARI

“Səni 1 095 060 437 082 dəfə öpüb qucaqlayıram” - <span style="color:red;">MOTSARTIN MƏKTUBLARI
17 avqust 2016
# 09:00

Kulis.Az Motsartın məktublarını təqdim edir.

“İçimdə artıq zamanımın dolduğuna dair bir hiss var. Ölümüm yaxındır.

İstedadıma sevinəcək zamanım olmadan sona gəlib çatdım. Həyat çox gözəldir, məsləyimin başlanğıcı ümid vericiydi, amma bu da insan taleyinə hökm edə bilmir. Sətrlərimi sonlandırıram, ölüm bəstəm orda dayanıb, onu tamamlamadan saxlamam gərək.. “ (Bu məktubun kimə ünvanlandığı dəqiq bilinmir)

Atası Leopard Morsarta yazdığı məktublardan.

Duyğularımı şeirə köçürə bilmərəm, şair deyiləm; özümü kölgələr və işıqlarla ifadə edə bilmərəm, rəssam deyiləm; düşüncələrimi hərəkətlərlə də açıqlaya bilmərəm, rəqqas deyiləm. Amma bunların hamısını səslərlə edə bilərəm. Mən bir musiqiçiyəm. Sabah Kannabiçlərin evində sizin doğum gününüzü qutlamaq üçün piano çalacam. Sevgili atam, sizə, musiqidə yeni heç bir şeyin bəstələnməyəcəyi illəri görəcək qədər uzun bir həyat arzulayıram"

***

Mənim çox sevimli atam!

Bu sətrləri sizə Cənab Bekkenin evindən yazıram. Ayın 25-də Tanrıya şükür ki sağ salamat bura çata bildim. Ancaq bu günə qədər sizə yazmağa fürsətim olmadı. Yaşadıqlarımın hamısını qarşılaşdığımızda sizə üz-üzə anlatmaq üçün saxlayıram. Bu gün içimdən yalnız ağlamaq gəlir, çox həssas bir qəlbim var. Sizə ancaq bu xəbəri vermək istəyirəm: Kaisheimdən ayrılmadan öncə sonatalarım əlimə keçdi; burada onları Prensesə çatdıracam. (…) Yazım hər zaman pis olub, gözəl yazmağı bacara bilmədim, amma bu günə qədər pis yazdığımı da xatırlamıram. Yaza bilmirəm. Yalnızca ağlamaq gəlir içimdən. Ümid edirəm ən qısa zamanda mənə yazıb ovudarsınız. Ən yaxşısı mənə “poste restante”. (özəl poçt xidməti – red) Belə olduğu halda məktubu özüm ala bilərəm. Veberlərin yanında qalıram əslində. Kaş ki dostumuz Bekkenin adresinə göndərəsiniz. (..)

Sevgiylə qalın sevgili atam, mənə tezliklə yazın. Əllərinizdən min dəfə öpürəm, bacımı bütün qəlbimlə qucaqlayıram...

Ölənə qədər sadiq oğlunuz.

***

Məktubların birində atası Leopard Mortsart oğluna yazırdı :

“Bəstələrində ancaq musiqidən anlayan izləyiciləri deyil, anlamayanları da diqqətə almağını məsləhət görürəm. Sənin də bildiyin kimi musiqidən həqiqətən anlayan on nəfərə qarşılıq anlamayan yüz nəfər var; belə olduğu halda qulaqlarını şəkləyən toplumu da unutma”.

Mortsart isə cavabında yazırdı:

“Toplum mövzusunda narahat olmayın, çünki mənim operalarımda hər sinifdən insan üçün musiqi vardır – sivri qulaqlar xaric”.

Həyat yoldaşı Konstanze üçün yazdığı məktublardan:

“...Operadan sonra birlikdə evə qayıtdıq. Və sevgilim, səndən çox uzun və həsrət dolu bir məktub aldığım üçün həmin an bütün günün ən mutlu anını yaşayırdım. Duskova və Naumannlar (Drezdəndə yanlarında qaldığı ailə - red) da hər zaman olduğu kimi mənimlə birlikdəydi. O dəqiqə otağıma girib məktubu tez-tələsik açmadan əvvəl dəfələrə öpdüm. Uzun müddət içəridə qalmağıma baxmayaraq, onu yetərincə oxuyub yetərincə öpmədim. Təkrar yanlarına qayıtdığımda Naumanlar məktubun olub olmadığını soruşdular, təsdiqimdən sonra hamısı məni ürəkdən təbrik etdi, çünki hər gün səndən xəbər almadığım üçün onlara şikayətlənirdim.

Sevgili qadınım, səndən bəzi ricalarım var :

1. Səndən qətiyyən kədərli olmamağını rica edirəm.

2. Sağlığına diqqət elə və bahar havasına güvənmə.

3. Evdən çölə tək başına çıxma, mümkün qədər az yürüyüş et.

4. Sənə olan sevgimdən əmin ol, sevgili portretini qarşıma qoymadan sənə tək bir məktub belə yazmadım.

6. (Morsart burda sıranı pozub, 4-dən 6-a keçib. Bu ya diqqətsizlikdən olub ya da zarafatyana bir davranışdır). Və sonuncu xahişim: məktublarının daha çox bilgini ehtiva etməsi. Mənim ayrıldığım gün Hoferin gəlib-gəlməməsi, söz verdiyi kimi tez-tez baş çəkib-çəkməməsi, Langelərin ziyarətə gəlib-gəlmədikləri, portretimlə bağlı çalışmanın necə getməsi, günlərinin neçə keçməsi ilə bağlı məni məlumatlandır.

5. Sadəcə sənin və mənim şərəfimi diqqətə almanı deyil eyni zamanda həqiqətləri göz önündə saxlamanı da istərdim. Bu xəbərdarlığım üçün lütfən mənə əsəbləşmə, əslində bu səbəbdən məni daha çox sevmən gərəkir.

Hələlik sevgilim, hər gecə və hər sabah saatlarla sənin portretinlə danışdığımı unutma. Ayın 18-də burdan ayrılırıq.

Səni 1 095 060 437 082 dəfə öpüb qucaqlayıram. Bu ədədlə danışıq vərdişləri əldə edə bilərsən. Hər zaman sadiq ərin və dostun”.

Haydnla güclü dostluq münasibətləri olub. Haydn – “Simfoniyanın atası” sayılan, Betxovenin müəllimi olmuş Avstriyalı bəstəkar.

“Dəyərli dostum Haydna!

Uşaqlarını bu böyük dünyaya bəxş etməyə qərar verən bir ata, onları o zaman çox məşhur olan və nə yaxşı ki özünün də ən yaxşı dostu olan bir adamın qoruması və idarəsi altına güvənlə təslim edəcəyini düşündü. Və budur, ünlü adam, mənim dəyərli dostum, budur mənim altı körpəm. Bu bir həqiqətdir ki bunlar uzun sürən və yorucu bir çalışmanın məhsuludur. Bir çox dostumun bu çalışmanın qismən də olsa layiq olduğu dəyəri tapdığına inanmam yolunda mənə verdikləri ümid məni ürəkləndirir. Sən özün, dəyərli dostum, bu şəhərə son gəlişində nə qədər məmnun qaldığını mənə göstərmişdin. Sənin məni belə təqdir etmən, hər şeydən öncə mənə bu uşaqları sənə təqdim etmə cəsarəti verir; sənin göstərəcəyin yaxınlığa layiq olacaqlarını ümid edə bilirəm. Buna görə də onları şəfqətlə qəbul edib, onların atası, rəhbəri və dostu olmaq sənin xoşuna gələcək. Bu andan başlayaraq bu uşaqların üzərindəki haqqımı sənə dövr edirəm, bir ata olaraq tərəfli bir gözlə baxdığım üçün görmədiyim qüsurları xoş qarşılamanı, bu qüsurlara qarşı dəyərli dostluğunu, ona o qədər sayğı göstərən insandan əsirgəməməyini rica edirəm.

Dəyərli dostum, bütün qəlbimlə sənin ən sadiq dostun qalacam!”

Morsartın Michael Puchbergə yazdığı məktubları onun maddi durumunu açıq şəkildə gözlər önünə sərir. Morsart kitabxanasında bu günə qədər gəlib çatan bu məktubların sayı iyirmi olsa da, bir çox musiqi tarixçiləri zamanında bu məktubların sayının daha çox olduğu, bir qisminin itmiş olduğunu düşünürlər. Aşağıdakı, 17 İyun 1788-ci ildə yazılmış bu məktub əlimizdə olan bu silsilədən olan məktublardan ikincisidir. Morsart zaman-zaman Michael Puchbergdən borc pul istəmişdir. Ölümündən sonra qalmış 1000 gulden (pul vahidi – red) borcu, Morsartın həyat yoldaşı tərəfindən hissə-hissə ödənildiyi deyilir.

“Sevgili qardaşım!

Sizin gerçək dostluq və qardaşlığınız məni elə ürəkləndirir ki, sizdən bu böyük yaxşılığı istəmə cürətini göstərə bilirəm... Sizə daha 8 duka borcum var... Bununla birlikdə, hal-hazırda bunu geri qaytara biləcək durumda olmadığım üçün sizə olan sonsuz etimadımdan da cəsarət alaraq, yalnızca gələcək həftəyə (konsertlərim başlayana) qədər 100 gulden köməklik edə bilib-bilməyəcəyinizi soruşmaq istəyirəm... Həftə sonuna qədər dinləyicilərimin ödənişləri mütləq əlimə keçmiş olacaq. Beləliklə mən sizə 136 guldeni ən içdən təşəkkürlərimlə birlikdə rahatlıqla geri ödəyə bilərəm.

Əfvinizə sığınaraq sizə iki bilet göndərir və bir qardaşınız olaraq sizdən hər hansı bir ödəmə etmədən bunları qəbul etmənizi rica edirəm; nə də olsa sizin dostluğunuza qarşılıq olaraq nə etsəm yetərsiz qalar.

İsrarımla sizi bezdirdiyim üçün bir daha məni bağışlamağınızı rica edib, sayğılı həyat yoldaşınıza da sevgilərimi göndərirəm.

Ən sadiq qardaşınız”.

Elmi

# 1358 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #