Bu dahilər heç zaman qadın üzü görməyiblər- SİYAHI

Bu dahilər heç zaman qadın üzü görməyiblər-<span style="color:red;"> SİYAHI
11 avqust 2016
# 09:00

Kulis.Az ömrü boyu cinsi həyat yaşamayan məşhurların siyahısını təqdim edir.

Leonardo da Vinçi

Məşhur italyan rəssam. Onu özündən də məşhur “Mono Liza” tablosuna görə tanıyırıq. Araşdırmalara görə Leonardo heç vaxt evlənməyib və həyatında heç bir qadınla görüşməyib.

İsaak Nyuton

1000 ildə bir dünyaya gəlib gedən adamlardan biri. Ümumdünya cazibə qüvvəsini tapan Nyuton qadının cazibəsini hiss etməyib.

Nikolay Qoqol

Məşhur rus yazıçısı hesab edirdi ki, qadına ehtiraslı sevgi duymaq əsl sevgi deyil. Bu fikir Qoqolun həyatının məqsədi olub. Yazıçıya görə, bədənlə deyil, ruhla sevmək lazımdır. Qoqol qadınla sevişməyi günah hesab edirdi. Bu düşüncəsini həyatda reallaşdıran Qoqol sekslə məşğul olmayıb.

İmmanuel Kant

Modern fəlsəfənin ən önəmli adlarından biri. Həyatının böyük bir qismini tarix, siyasət və dinə həsr edib Kant. Düşünməkdən sevişməyə vaxtı saxlamayan böyük filosof 79 yaşında bakir olaraq bu dünyadan köçüb gedib.

Kraliça Elizabet

Ləqəbi də onun haqqında hər şeyi deyir: “Bakirə Elizabet”. Həyatı boyu ona edilən evlilik təkliflərini rədd edib. Və ölənə qədər bakirə qalıb.

Henri Ceyms

Dünyaca məşhur yazıçının bir-iki homoseksual münasibətini saymasaq, heç vaxt sekslə məşğul olmadığı deyilir.

Herbert Spenser

XIX əsrin ən önəmli alimlərindən biri olan Herbert Spenser xəstəliyinə görə həyatı boyunca heç vaxt sekslə məşğul ola bilməyib.

Jozep Kornell

Məşhur amerikan aktyor. Həyatının böyük bir qismini balaca , taxta evdə yaşayıb. Kornell 69 yaşında bakir olaraq dünyadan köçüb.

Hans Xristian Andersen

Məşhur danimarkalı yazıçı. Yazdığı məktublar tədqiqatçılar tərəfindən araşdırılanda məlum oldu ki, Andersen heç vaxt cinsi əlaqədə olmayıb.

Nikola Tesla

Müasir dəyişən cərəyan elektrik enerji şəbəkəsinin layihələndirilməsi üçün öz töhfələri ilə daha çox məşhurlaşan serb əsilli Amerika futuroloqu, elektrikimaşın mühəndisi. Deyilənə görə, çox qəribə bir adammış. Nə qədər qadın heyranı olmağına baxmayaraq, heç kimlə münasibət qurmadan yaşayıb.

Levis Karol

Məşhur yazıçı deyilənə görə, mühafizəkar mühitdə yaşayıb və özü də mühafizəkar biri imiş. Ancaq ölümündən sonra ortaya çıxan məlumatlara görə, Karol yetişmiş qadınlarla maraqlanmırmış. Məşhur yazıçı kiçik qız uşaqlarına tamah salırmış. Və bu tamahı ucbatından heç vaxt sekslə məşğul ola bilməyib.

Giakoma Leopardi

Məşhur italyan şair. Uşaqlığı kasıblıq içində keçib və həyatının çox hissəni elmə həsr edib. Heç bir qadınla münasibət qurmayan şairin şeirlərində bu çatışmazlıq dərhal hiss olunur.

# 1152 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #