Məşhur yazıçının qaralama dəftəri sərgiləndi FOTO

Məşhur yazıçının qaralama dəftəri sərgiləndi FOTO
12 iyun 2014
# 15:19

İrlandiyalı yazıçı Samuel Bekketin ilk çap olunmuş romanı “Mörfi”yə aid orijinal əl yazıları sərgilənir. Kulis.Azın xarici mətbuata istinadən verdiyi məlumata görə əlyazmalar İngiltərədəki Reading Universitetində sərgilənməyə başlanıb.

Reading Universtietindəki masada 6 dəftər qoyulub. 80 illik əlyazmalar çox yaxşı qorunub.

Kağızlarda Bekketin yazısı qədər çəkdiləri rəsmlər də diqqət çəkir.

Dəftərlər olduqca çətin oxunan xətlə yazılıb. Amma daha da maraqlısı Bekketin ən az yazdığı qədər rəsm də çəkməsidir. Bundan başqa dəftərdəki qaralamalarda məşhur simalar, tarixi adlar və musiqi notları var. Ana səhifədə Çarli Çaplin olduğu aydın görünən rəsm də var.

Reading Universiteti Bekketin dəftərlərini ötən il “Sotheby” hərracından 1 milyon sterlinqə alınmışdı.

# 2066 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #