Gənc tərcüməçilər “Dəf(i)nə yarpağı”nın əhəmiyyətindən danışdılar

Gənc tərcüməçilər “Dəf(i)nə yarpağı”nın əhəmiyyətindən danışdılar
15 dekabr 2014
# 18:39

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təsis etdiyi “Dəf(i)nə yarpağı” bədii tərcümə müsabiqəsi Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının (AGTA) üzvlərinin iştirakı ilə müzakirə edilib.

Görüşdə Mərkəzin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn AGTA üzvlərinin suallarını cavablandırıb.

Müsabiqənin ölkədə maraqla qarşılandığını bildirən AGTA üzvləri belə layihələrin davamlı olmasını arzulayaraq, gənc tərcüməçilərin bu səpkili müsabiqələrdə iştirakının əhəmiyyətli olmasını qeyd ediblər.

# 1692 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #