Sonuncu dəfə hansı tamaşaya baxmısınız? - SORĞU

Sonuncu dəfə hansı tamaşaya baxmısınız? - <span style="color:red;">SORĞU
16 sentyabr 2015
# 13:24

Kulis tanınmışlara “Sonuncu dəfə hansı tamaşaya baxmısınız?” sualı ilə müraciət edib. Cavabları təqdim edirik.

Səfər Alışarlı

- Azərbaycanda sonuncu dəfə teatra nə vaxt getdiyimi xatırlaya bilmirəm. Mənim Azərbaycan teatrına etimadım yoxdur. Bunun çoxlu-çoxlu səbəbləri var: birinci, konyunkturanın olmasıdır və bu, teatrla bağlı qalan hər nə varsa, hamısını məhv edir. Başqa nədən danışmaq olar ki?

Etimad Başkeçid

- Vaqif İbrahimoğlunun sağlığında YUĞ Teatrının, demək olar, bütün tamaşalarına gedirdim. İndi də Gümrah Ömərin qoyduğu tamaşaları buraxmamağa çalışıram. Bir şərtlə ki, ssenari müəlliflərinin adı cəmiyyətdə konyukturaçı və Zakir Fəxri demiş, "bezdarnik" sözlərinin sinonimi kimi qəbul olunmasın. Sonuncu dəfə A.Kasaresin hekayəsi əsasında Gümrah Ömərin hazırladığı “Qəbir qazma üsulu” tamaşasına baxmışam. Belə isə, əsasən Rusiyanın "Kultura" kanalında göstərilən tamaşalara baxıram.

Sevinc Muğanna

Akademik Milli Dram Teatrı. “Boy çiçəyi”

Səbuhi Məmmədli

Akademik Milli Dram Teatrı. “Mesenat”

Yalçın İslamzadə

- Oda Teatrı. “Arzular bağı”

Şərif Ağayar

- Yuğ Teatrı. “Naməlum Axundov”

Qan Turalı

- Pantomim Teatrı. “Hamlet”

Mirmehdi Aağaoğlu

- Fridrix Dürrenmattın eyniadlı pyesi əsasında səhnələşdirilən “Yaşlı xanımın gəlişi” tamaşası

Murad Köhnəqala

- Mənim əsasən Moskva teatrlarına marağım olub, çünki onlar dekorasiyaları çox yeni və canlı qururlar. 90-cı illərdə Rusiyada sonuncu dəfə Rasputinin "Ana" əsərinin ssenarisi əsasında qoyulmuş eyniadlı "Ana" tamaşasına, Aytmatovun əsəri əsasında qoyulmuş "Edam kötüyü" ("Plaxa") tamaşasına, Soljenitsının "Arxipelaq Qulaq" epopeyası əsasında eyniadlı tamaşaya baxmışam. Yadımda deyil sonuncu hansı idi. Azərbaycanda isə on il bundan əqdəm Gənc Tamaşaçılar teatrında "Hamlet"ə baxmışam. Yadımdadı, Qurban adlı aktyor (soyadını unutmuşam) Hamleti oynayırdı...

Zamin Hacı

- Oda Teatrında "Səncə döyəcəklər?" tamaşasına baxmışam.

Pərviz Cəbrayıl

- Teatrı o qədər sevmirəm. Ancaq bir dəfə dostlar xahiş etdi, Gənc Tamaşaçılar Teatrında adını unutduğum meksikalı yazarın pyesi əsasında səhnələşdirilən "Ezop" tamaşasına baxmağa getdim. Baş rolda İlqar Cahangir oynayırdı. Oyunu o qədər ləzzət elədi ki, bir yazı da yazdım tamaşadan.

Nəriman Qasımoğlu

- Akademik Milli Dram Teatrı. Afaq Məsudun "Qatarın altına atılan qadın" tamaşası.

Lalə Məmmədova

- Akademik Milli Dram Teatrı. “Əmir Teymur”, “Qurbətdən gələn mektublar”, “Qatil”.

Kənan Hacı

- Akademik Milli Dram Teatrı. Əjdər Olun M.F.Axundzadənin "Hekayəti Müsyö və Dərviş Məstəli Şah" pyesi əsasında tamaşaya qoyulmuş "Müsyö Jordan" tamaşası.

Rəbiqə Nazimqızı

- Sonuncu dəfə, səhv etmirəmsə, "Boy" tamaşasına baxmışam "YUĞ"-da, Tərlan Rəsulovun səhnə quruluşu idi. Ümumiyyətlə, mütəmadi şəkildə "Azdrama"nın, GTT-nin və YUĞ-un repertuarını izləyirəm.

İman Usuboğlu

- Sonuncu dəfə “Varlı Qadın”a baxmışam, səhv etmirəmsə. “Aktyorlar evi”ndə. Ayşad Məmmədov baş rolda, Rəfail də oğul rolunda olub. Uşaqlarıma teatrı tanıtmaq üçün aparmışam .Sonra da “Azdrama”da “Hamlet”ə baxmışıq. Bilet veriblər getmışik. Darıxmışam tamaşa boyu. Sonralar qəzetdə tərifləyiblər o tamaşanı. İşsiz-gücsüz bir adamın küçədəki faciənin içindən bir də gedib faciəyə baxmasının özü elə faciədir. Bəlkə də komediyadır. Hamletin kəndirlə hərəkət eləməsi, nə bilim bir takım problemlər var kı, mənsiz də hamı bilir. Qəbir filan... Gidi dünya.

Könül Həsənqulu

- Gənc Tamaşaçılar Teatrı. Vaqif Əsədovun rejissorluğu ilə səhnəyə qoyulan "Məhv olmuş gündəliklər".

Fərid Hüseyn

- Akademik Milli Dram Teatrında "Şah Qacar" tamaşasına baxmışa

# 1005 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #