Aqrar ixtisasların əhəmiyyəti ilə bağlı treninqlərin təşkili     

Aqrar ixtisasların əhəmiyyəti ilə bağlı treninqlərin təşkili     
21 oktyabr 2014
# 16:32

21.10.2014-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu 53 saylı orta məktəbdə "Aqrar ixtisasların əhəmiyyəti ilə bağlı treninqlərin təşkili " layihəsinin açılış mərasimi oldu. Kulis.Azın məlumatına görə tədbiri giriş sözü ilə açan məktəbin direktoru Firəngiz Həsənova tədbir barəsində şagirdlərə məlumat verərək layihə rəhbərini və qonaqları təqdim etdi.

Layihə rəhbəri Tağıyev Firidun sözügedən layihənin Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun V qrant müsabiqəsində qalib olduğunu və bilavasitə bu fondun maliyyə dəstəyi ilə keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Treninqin mövzusuna uyğun olaraq layihə rəhbəri Tağıyev Firudin və ekspert Şahverdiyev Rəvan şagirdlərə aqrar ixtisasların əhəmiyyəti və bu sahənin prespektivləri barədə məlumat verdilər. Tədbirin gedişində iştirakçılara bukletlər paylanıldı və xatirə şəkilləri çəkildi.

# 1341 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #