Ədəbiyyatşünas alimlər ötən il yazılmış əsərləri müzakirə edəcək

Ədəbiyyatşünas alimlər ötən il yazılmış əsərləri müzakirə edəcək
28 mart 2014
# 16:27

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Azərbaycandakı ədəbi proseslərin ötən ilə aid yekunlarıyla bağlı yaradıcılıq müşavirəsi keçirəcək.

Bu barədə institutun mətbuat xidmətindən məlumat verilib. “Ədəbi proses-2013: yekunlar və vəzifələr” mövzusunda keçirilən müşavirə aprelin 2-də AMEA-nın kiçik akt zalında baş tutacaq. Yaradıcılıq müşavirəsi zamanı istər nəsr, istər poeziya, istərsə də dramaturgiya baxımından ötən il Azərbaycanda baş verən dəbi yeniliklərdən söz açılacaq, elm adamları diqqətlərini cəlb edən əsərlər və müəlliflər haqqında danışacaqlar. Müşavirə zamanı gənc müəlliflərin də əsərlərinə toxunulacaq.

Tədbirdə bədii tərcümə sahəsində də son vəziyyət müzakirə predmet olacaq.

Yaradıcılıq müşavirəsində, AMEA-nın 1-ci vitse-prezidenti, akademik İsa Həbibbəyli, filologiya elmləri doktoru Vaqif Yusifli, f.e.d Səlidə Şərifova, professor Aydın Dadaşov, Elçin Mehrəliyev, f.ü.f.d Nikpur Cabbarlı, f.üf.d Elnarə Akimova, f.üf.d Fidan Abdurrəhmanova çıxış edəcək, öz müşahidə və mülahizələrini müşavirə iştirakçıları ilə bölüşəcəklər.

Müşavirə 2 aprel 2014-cü il tarixində saat 11-də aşağıdakı ünvanda keçiriləcək: Bakı, Hüseyn Cavid prospekti 115, Akademiya şəhərciyi, Əsas bina, II mərtəbə, AMEA-nın Kiçik akt zalı

B i l d i r i ş

Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutu “Ədəbi proses-2013: yekunlar və vəzifələr” mövzusunda yaradıcılıq müşavirəsi keçirir.

Müşavirənin gündəliyi

1. Giriş sözü: “Ədəbi proses və vəzifələr”

İsa Həbibbəyli - AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik.

2. İlin ədəbi mənzərəsi:

Vaqif Yusifli - Ədəbi tənqid şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru.

3. 2013-cü ilin şeri:

Nikpur Cabbarlı - Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent.

4. Poema yaradıcılığı:

Elnarə Akimova - Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru.

5. Bədii nəsr:

Salidə Şərifova - Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru.

6. Dramaturgiya:

Aydın Dadaşov - Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor

7. Ədəbi tənqid:

Rahid Ulusel - Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, fəlsəfə üzrə fəlsəfə elmləri doktoru

8. Bədii publisistika:

Elçin Mehrəliyev - Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru

9. Bədii tərcümə:

Fidan Abdurəhmanova - Ədəbi tənqid şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

# 1689 dəfə oxunub

Müəllifin son yazıları

# # #