Azər Abdullanın hekayəsi nüfuzlu müsabiqənin uzun siyahısında

Azər Abdullanın hekayəsi nüfuzlu müsabiqənin uzun siyahısında
23 sentyabr 2013
# 10:34

Azər Abdullanın “Gül yağışı” hekayəsi Rusiyada keçirilən İvan Bunin adına beynəlxalq ədəbiyyat müsabiqəsinin “uzun siyahı”sına düşüb. Kulis.Azın verdiyi xəbərə görə müsabiqənin “qısa siyahı”sı bu ay ərzində, qaliblər isə İ.Buninin ad günündə, oktyabrın 22-də məlum olacaqdır.

Azər Abdullanın hekayəsi Mixail Veller, Valeri Popov, Andrey Volos, Vera Qalaktionova kimi məşhur yazarların əsərləri ilə bir siyahıda yer alır.

2004-cü ildən etibarən ənənəvi olaraq hər il keçirilən bu müsabiqənin qalibləri arasında Andrey Bitov, Daniil Qranin, Vladimir Liçutin, Aleksandr Proxanov, Boris Yevseyev, Lyudmila Petruşevskya kimi tanınmış rus yazıçıları olmuşdur.

Qeyd etmək lazımdır ki, Azər Abdulla və Maqsud İbrahimbəyov öz nəsr əsərləri ilə 2012-ci ildə start götürmüş, 36 ölkənin iştirak etdiyi “Russkaya premiya” beynəlxalq ədəbiyyat müsabiqəsinin “uzun siyahısına” daxil olmuşdu.

# 1511 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #