Azərbaycanlı cazmen beynəlxalq festivalda solo konsert verəcək

Azərbaycanlı cazmen beynəlxalq festivalda solo konsert verəcək
13 oktyabr 2017
# 10:09

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Əməkdar Artist İsfar Sarabski Fransanın Reyms şəhərində “Sunnyside” caz festivalına qatılacaq.

İsfar Sarabski festivalda noyabrın 5-də solo konsert proqramı ilə sıxış edəcək.

“Sunnyside” caz festivalı “Jazzus Productions” tərəfindən təşkil edilir. 2011-ci ildə yaradılmış bu şirkət caz tədbirlərinin təşkili sahəsində fəaliyyət göstərir. /azertag.az/

# 1034 dəfə oxunub

Müəllifin son yazıları

# # #