Yazıçı müğənninin müdafiəsinə qalxdı-MÖVQE

Yazıçı müğənninin müdafiəsinə qalxdı-MÖVQE
5 iyun 2014
# 14:32

Yazıçı Etimad Başkeçid “Zəka” ədəbi mükafatı təsis etdiyinə görə tənqid olunan müğənni, yazıçı Zəka Vilayətoğlunun müdafiəsinə qalxıb.

Kulis.az-ın məlumatına görə, Etimad Başkeçid öz Facebook səhifəsində narazıları anlamadığını yazıb: “Ədəbi mükafat təsis etməsi ilə bağlı narazılığı anlaya bilmədim doğrusu. Dostlar, dünyada sayı-hesabı bilinməyən mükafatlar var. Fransızlar bəzən zarafatla deyirlər ki, ölkədə mükafatların sayı çap olunan əsərlərin sayından çoxdur. Mükafatı istənilən adam və ya qurum təsis edə bilər, hətta Moskva depozitarisi də mükafat verir”.

Etimad Başkeçid qeyd edib ki, indiki vəziyyətdə Zəka Vilayətoğlunun təşəbbüsünü yalnız alqışlamaq lazımdır: “Cibindən pul verib, qələm adamlarını dəstəkləmək istəyir, burda qəbahətli nə var? Əksinə, Zəka bəy bu işin pioneridir – qoy ömründə əlinə kitab almamış manıslar, ədəbiyyatın nə olduğunu kəsdirməyən mədəniyyət «xadimləri» onun şəxsindən utansınlar. Müxtəsər, gəlin hər xeyirxah təşəbbüsü elə rüşeymindəcə boğmağa çalışmayaq”.

# 2264 dəfə oxunub

Müəllifin son yazıları

# # #