Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Fotoqrafları Birliyi və Xətai Sənət Mərkəzinin dəstəyi ilə Bakıda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan sərgi açılacaq. “Qadınların dünyada rolu” adlı sərgi martın 7-də Xətai Sənət Mərkəzində təşkil ediləcək.
Bu barədə AZƏRTAC-a sərginin təşkilatçısı, gənc rəssam Aygün İsgəndərova məlumat verib.
Onun sözlərinə görə, Elnurə İsgəndərovanın layihə rəhbəri olduğu sərgidə təsviri və tətbiqi sənətin bütün növləri üzrə 150-dən çox rəssamın 200-dək işinin nümayiş etdirilməsi nəzərdə tutulur.
Sərgidə müxtəlif yaş qruplarında olan rəssam və dekorativ sənət ustalarının əsərləri təqdim ediləcək.
Sonda iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.