“Nar bağı” bədii filmi Malatya Beynəlxalq Kino Festivalının birincisi olub.
Kulis.azın məlumatına görə Filmi Malatyada baş rolların ifaçıları Qurban İsmaylov və İlahə Həsənova təmsil ediblər.
Bu mükafat “Nar bağı”nın birinci beynəlxalq mükafatı deyil. Buna qədər film Eurasia (Astana) Beynəlxalq Kino Festivalın “Ən yaxşı kişi rolu”, Listapad Beynəlxalq Kino Festivalın (Minsk) “Ən yaxşı ssenari” mükafatlarını qazanıb.
Azərbaycanfilm kino studiyasının Buta Film kino şirkəti ilə birgə istehsal etdiyi filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.