Azərbaycanlı kinotənqidçilər BBC-nin keçirdiyi kino sorğusunda

Azərbaycanlı kinotənqidçilər BBC-nin keçirdiyi kino sorğusunda
22 avqust 2017
# 15:51

BBC Culture dünya kinosunun 100 ən yaxşı komediyasını müəyyənləşdirmək üçün sorğu keçirib. Kulis.azın məlumatına görə altı qitəni əhatə edən sorğuda 52 ölkədən 253 kinotənqidçi iştirak edib.

Sorğu iştirakçılarına bütün illərin “Ən yaxşı 10 komediyası hansıları hesab edirsiz” sualı ünvanlanıb. Nəticədə, ilk beşlikdə Billi Uaylderin “Cazda yalnız qızlardır”, Stenli Kubrikin “Doktor Streyndclav”, Vudi Allenin “Enni Hol”l, Harold Ramisin “Marmot günü” və Leo Makkerinin “Ördək şorbası” yer alıb.

Seçilən 100 komediyanın tam siyahısını burdan oxuya bilərsiz.

Sorğuda Azərbaycan kino tənqidçilərindən Aygün Aslanlı və Sevda Sultanova iştirak edib.

# 1037 dəfə oxunub

Müəllifin son yazıları

# # #