“Çıx yaşıl düzə” – UNUDULMAZ MAHNILAR

“Çıx yaşıl düzə” – UNUDULMAZ MAHNILAR
6 yanvar 2017
# 11:22

Yaddaşımızda yüzlərlə mahnının hər biri bir xatirə ilə kodlanıb.

Mahnını eşitmək xatirələri oyadır.

O mahnılar var olduqca o xatirələri yaşadacaq.

Mahnılar, unutmur, unutdurmur.

Mahnılar unudulmazdır.

Kulis.Az “Unudulmaz mahnılar” layihəsini təqdim edir.

Sözləri İslam Səfərlinin, musiqisi Arif Məlikovun olan “Çıx yaşıl düzə” mahnısını Anatollu Qəniyevin ifasında təqdim edirik.

Qəlbimi dindir, sənə sözüm var,

Naz, naz eyləmə, gəl görüşək, yar.

Nəqərat:

Çıx yaşıl düzə, qonaq gəl bizə.

Gözüm yoldadır, xoş xəyaldadır.

Tez gəl, ey gülüm, gözəl sevgilim.

Həyatımda var sən kimi bir yar.

Çıx yaşıl düzə, qonaq gəl bizə.

Bircə sözüm var, nazlı-duzlu yar,

Qəmli dayanma, şən gül üzlü yar.

Nəqərat:

Çıx yaşıl düzə, qonaq gəl bizə.

Gözüm yoldadır, xoş xəyaldadır.

Tez gəl, ey gülüm, gözəl sevgilim.

Həyatımda var sən kimi bir yar.

# 5247 dəfə oxunub

Müəllifin son yazıları

# # #