Cinsiyyət orqanının faylını yayan qadın rəssam həbs olunub

Cinsiyyət orqanının faylını yayan qadın rəssam həbs olunub
21 iyul 2014
# 13:15

42 yaşlı yapon rəssamı Mequmi İqarasi 3D şəklində çap olunması üçün cinsiyyət orqanının fayllarını yaydığına görə həbs olunub. Kulis.Az-ın xarici mətbuat orqanlarına istinadən verdiyi məlumata görə faylları satın alanlar onun köməyi ilə 3D printerdə qadının cinsiyyət orqanının formasını çap edə biləcəklər.

Həbs olunan rəssam qadının bu davranışı yapon cəmiyyətini cinsiyyət orqanının təsvirlərinin yayılmasını qadağan edən qanuna yenidən nəzər salmağa vadar edib.

Rokudenasiko təxəllüslü (yaponcadan heç nəyə yaramayan qızcığaz deməkdir) M.İqarasi saytında yazır ki, o, artıq özünün genitaliyası əsasında bir neçə heykəl işləyib. Və ümid edir ki, vaginası çox populyardır.

Onun sözlərinə görə, vagina yapon cəmiyyətində tabu olsa da, penis pop mədəniyyətinin bir hissəsidir.

Bu qalmaqaldan sonra İqarasi Yaponiyada məşhurlaşıb.

Rəssam ona qarşı iddialarla razılaşmayıb və deyib ki, mənim üçün vagina ayağım, əlim kimidir. Burda ədəbsiz heç nə yoxdur.

Qeyd edək ki, Yaponiyada qadın cinsiyyət orqanının təsviri qadağandır.

# 2579 dəfə oxunub

Müəllifin son yazıları

# # #