Hansı yazıçıların kitabları satılmır - NƏŞRİYYAT AÇIQLAYIR

Hansı yazıçıların kitabları satılmır - NƏŞRİYYAT AÇIQLAYIR
18 sentyabr 2013
# 12:06

“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu avqust ayında Azərbaycan yazıçılarının kitablarının satış rəqəmlərini açıqlayıb.

Kulis.Az-ın "Oxu Zalı"na istinadən verdiyi məlumata görə nəşriyyat indiyə qədər 170 azərbaycanlı yazıçının kitabını nəşr edib. Avqust ayında satılan 106 kitabın 22-si Eyvaz Zeynalovun “Bələdçi” kitabıdır. Şahbaz Xuduoğlu kitabın uğurunu onun iyul ayında çap edilməyi ilə izah edib.

Ağalar Məmmədovun keçən ilin dekabrında çap edilən “Aşma” kitabı 20 ədəd alınıb. Klassik Azərbaycan romanlarından olan “Xudafərin körpüsü”nün (Fərman Kərimzadə) 10 nüsxəsi satılıb.

Aqşin Yeniseyin bu ilin iyul ayında çap edilmiş “Məbədin sükutu” kitabının 8, Qan Turalının 2011-ci ilin avqustunda çap edilmiş “Mustafa” romanının 6 nüsxəsini oxucular əldə edib.

Siyahının davamı isə bu cür formalaşıb: İlqar Fəhminin “Akvarium”u 4, Cəlil Cavanşirin “İtirilmiş əlyazma”sı 2 ədəd.

# 3007 dəfə oxunub

Müəllifin son yazıları

# # #