Aqil Abbas: “Yazıçılar Birliyi şou mərkəzinə çevrilib”

Aqil Abbas: “Yazıçılar Birliyi şou mərkəzinə çevrilib”
7 iyun 2013
# 11:18

“İnsanları təhqir etmək doğru deyil. Şərif Ağayarın hərəkətini pisləyirəm. Fikrət Qoca və yaxud özündən böyük başqa bir şair olsun, heç kəsi təhqir etmək olmaz”.

Bunu Kulis.Az-a verdiyi açıqlamada yazıçı Aqil Abbas deyib.

Aqil Abbas bildirib ki, xaricdə olduğuna görə Şərif Ağayarın AYB-dən çıxarılması ilə bağlı baş verənlər barədə ətraflı məlumatı yoxdu: “Amma bilirəm ki, Şərif də bir az pərtovdu, dəliqanlıdı. Görünür bir “moment” düşüb, o da deyib. Onun AYB-dən çıxarılmağı düz deyil. Adamlar dalaşanda onları çıxarmazlar, əksinə barışdırarlar”.

Yazıçı AYB-dəki istefalar barədə də fikrini bildirib: “İstefa verənlər də Şəriflə birlik nümayiş etdiriblər. Bunu normal qəbul edirəm. Yəqin Şərifin AYB-dən çıxarılmasından inciyiblər. Onun AYB-dən çıxarılmasını qəbul etmirəm. Şərif AYB-yə dəvət olunaı, Fikrət Qocadan üzr istəyə bilərdi. Belə şeyə görə adamı AYB-dən çıxarmazlar. Şərif istedadlı adamdır.”

Aqil Abbas Yazıçılar Birliyini şou mərkəzinə çevrilməkdə ittiham edib: “Biz yazıçılarıq, şoumenlər deyilik. Biz artist, oxuyan deyilik ki, belə şeylərlə gündəmə gələk. Biz yazımızla gündəmə gəlməliyik, bir-birimizlə söyüşməklə yox”.

# 2367 dəfə oxunub

Müəllifin son yazıları

# # #