Gənc Tamaşaçılar Teatrı ölkə prezidentinə məktub göndərib

Gənc Tamaşaçılar Teatrı ölkə prezidentinə məktub göndərib
4 mart 2013
# 17:15

Dövlət Gənc Tamaşaçılar Teatrı ölkə prezidenti İlham Əliyevə məktub göndərib. Bu barədə Kulis.az-a adıçəkilən teatrdan məlumat verilib.

Məktubda bildirilir: “2013-cü il mart ayının 10-da Azərbaycan teatrının yaranmasının 140 illiyi tamam olacaq, XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə baş verən mühüm ictimai-siyasi hadisələri özündə əks etdirən Azərbaycan xalq teatrı zamanla formalaşaraq Azərbaycan Milli Peşəkar Teatrının bünövrəsini qoyub: “Uzun, kəşməkəşli və eyni zamanda şərəfli tarixi yol keçmiş Azərbaycan teatrı yarandığı gündən etibarən öz zəngin repertuarının təməlini qoymuş və dərin ictimai məzmunlu əsərlərin səhnələşdirilməsinə xüsusi əhəmiyyət vermişdir. Müsəlman Şərqində ilk dünyəvi peşəkar teatr olan Azərbaycan teatrı zaman keçdikcə şaxələnərək ayrı-ayrı müstəqil teatrların yaranmasına gətirib çıxarmışdır. Ölkə prezidentinin ayrı-ayrı illərdə imzaladığı sərəncamlar onun bütün sahələrdə olduğu kimi teatr sənətinin inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğısından xəbər verir. Teatr binalarının əsaslı təmir olunması, teatrların maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, Dövlət Rus Dram, Dövlət Gənc Tamaşaçılar, Dövlət Akademik Milli Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa, yenidənqurma işləri aparılmışdır. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilməkdədir.

Ölkə prezidentinin 1 mart 2013-cü il tarixli “Milli Teatr Günü”nün təsis edilməsi və Azərbaycan peşəkar Milli Teatrının yaradılmasının 140 illiyinin keçirilməsi haqqında imzaladığı sərəncam bütün teatrsevərlər kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivində də böyük ruh yüksəkliyi ilə qarşılanmışdır.

Bununla bağlı ölkə başçısına teatrdan ünvanlanmış məktubda cənab İlham Əliyevin Azərbaycan mədəniyyətinə və teatr sənətinə göstərdiyi yüksək diqqət və qayğının teatr kollektivini yeni yaradıcılıq uğurlarına sövq etdiyi diqqətə çatdırılmışdır”.

# 2100 dəfə oxunub

Müəllifin son yazıları

# # #