Milli Kitab Mükafatı qaliblərinin kitabları nəşr olundu

Milli Kitab Mükafatı qaliblərinin kitabları nəşr olundu
27 avqust 2013
# 16:17

Milli Kitab Mükafatı (MKM) qaliblərinin kitabları nəşr olunub.

Nəşr olunan kitablar MKM-in qalibi Zakir Sadatlının “Əfqanıstan uçurumu”, 2-ci yerin sahibi Pərvin Nurəliyevanın “Balerina” povesti, 3-cü yerin qalibi Malik Dursunov “Kara dayı” romanıdır. Kitablar Bakının bütün kitab evlərində satışda olacaq. Eyni zamanda kitabları internet vasitəsilə də əldə etmək mümkündür.

MKM Azərbaycanın ədəbiyyat sahəsində ən böyük layihəsidir. MKM 2009-cu ildə “Əli və Nino” Nəşriyyat evi tərəfindən təsis edilib. Qısa müddət ərzində media və cəmiyyətdə çox geniş rezonans doğurub. Mükafatın əsas məqsədi ictimai diqqətin Azərbaycan ədəbiyyatına cəlb edilməsi, ədəbi əsərlərin üzə çıxarılması və stimullaşdırılmasıdır.

Layihənin baş sponsoru “Bakcell” şirkəti, rəsmi sponsoru “Bank Respublika” ASC və “Əli və Nino” Nəşriyyat evidir.

# 1429 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #