Dil pozuntularını qeydə alan “Qaynar xətt” yaradılacaq

Dil pozuntularını qeydə alan “Qaynar xətt” yaradılacaq
17 yanvar 2013
# 11:51

Gələn ay Azərbaycanda dil pozuntularına qarşı genişmiqyaslı monitorinqlərə başlanacaq. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədri Mahmud Kərimov bildirib.

M. Kərimovun sözlərinə görə, yaxın vaxtlarda AMEA Dilçilik İnstitutunda bölgü müəyyən olunacaq və televiziyada, mətbuatda, reklam sahəsində, internetdə, ictimai yerlərdə dil qaydalarına riayət olunmasını yoxlamaq üçün Monitorinq Qrupları yaradılacaq: “Azərbaycanda interaktiv fəaliyyət göstərən xüsusi portal yaradılacaq. İctimaiyyət bu portala dillə bağlı təkliflərini, iradlarını, şikayətlərini bildirə biləcək. Həmçinin ölkədə dil pozuntularını qeydə alan “Qaynar xətt” yaradılacaq. Monitorinq Qrupları formalaşdıqdan sonra gələn ay monitorinqlərə başlanacaq”.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncamına əsasən hazırlanan “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın layihəsi hazırda Nazirlər Kabinetindədir. Layihənin yaxın vaxtlarda təsdiq olunacağı gözlənilir.

# 1964 dəfə oxunub

Müəllifin son yazıları

# # #