“Azdrama”da mövsümün sonuncu tamaşası – “Xanuma”

“Azdrama”da mövsümün sonuncu tamaşası – “Xanuma”
9 iyul 2014
# 13:42

Akademik Milli Dram Teatrı 141-ci teatr mövsümünü 9 iyul tarixində saat 19.00-da “Xanuma” tamaşası ilə bağlayacaq. Kulis.Az-ın məlumatına görə Avksenti Saqarelinin «Xanuma» pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Tamaşada Xalq artistləri Bəsti Cəfərova (Xanuma), Cəfər Əhmədov (Knyaz), Səidə Quliyeva (Makarın anası), Əməkdar artistlər Mətanət Atakişiyeva (Kobato), Elşən Cəbrayılov (Kote), Əsgər Məmmədoğlu (Timoti), Kazım Abdullayev (Makar Tkvilkotriaşvili), Firuz Xudaverdiyev (Qoca Knyaz), Elnar Qarayev, Elçin Əhmədov, Vüsal Mustafayev, Əlləz Əhmədov (Kintolar) çıxış edirlər.

Avksenti Saqarelinin 1882-ci ildə yazdığı əsəri əsasında hazırlanan tamaşada hadisələr XIX əsrdə Tiflisdə baş verir. Müflisləşən knyaz müflislikdın yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir, buna görə də Tiflisin ən yaxşı yengəsi Xanumanı tutur.

O, knyaz üçün Quliko adlı qız tapır. Digər tərəfdən Kabato adlı digər yengə knyazı öz namizədi - varlı tacir Makar Tkvilkotriaşvilinin qızı Keto ilə evləndirmək istəyir. Keto isə müəllimi, Knyazın qardaşı oğlu Koteni sevir. Nəticədə Xanuma qalib gəlir. Knyaz Quliko illə, Kote Keto ilə, Xanuma özü isə Niko ilə evlənirlər.

# 1590 dəfə oxunub

Müəllifin son yazıları

# # #