"Bir də gördün fotodu adam" - Günün Şeiri

"Bir də gördün fotodu adam" - Günün Şeiri
6 iyul 2019
# 16:21

Kulis.az “Günün şeiri” layihəsindən Ələkbər Salahzadənin “Bir də gördün” şeirini təqdim edir.

Bir də gördün beşikdi adam,

Bir də gördün bəbədi,

Bir də gördün uşaqdı adam,

Bir də gördün babadı.

Bir də gördün oğuldu adam

Bir də gördün atadı.

Bir də gördün yox oldu adam

Bir də gördün fotodu.

Bir də gördün oddu adam

Bir də gördün ot oldu.

Bir də gördün adamdı adam

Bir də gördün ad oldu.

# 12723 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #