İstanbulda azərbaycanlı rəssamların sərgisi keçirilib

İstanbulda azərbaycanlı rəssamların sərgisi keçirilib
3 iyul 2019
# 14:01

İstanbulun Esentəpə rayonunda yerləşən böyük ticarət mərkəzində azərbaycanlı rəssam Aynur Paşayeva və onun 14 yaşlı qızı Məryəm Paşalının sərgisi açılıb.

Fikir və duyğularını yağlı boya ilə məharətlə kətan üzərinə köçürən rəssamların mövzu seçimində məhdudiyyət yoxdur.

“İncə əllər” adı ilə rəsmsevərlərə təqdim olunan sərgidə nümayiş olunan əsərlərin bir hissəsi Azərbaycan-Türkiyə qardaşlıq mövzusunu əhatə edir. Aynur Paşayeva bildirib ki, 2014-cü ildən İstanbulda yaşayan ailə Bakıya qayıdışları ilə bağlı sonuncu ictimai tədbirlərini təşkil ediblər.

Vətən və xalq sevgisini, humanizm hisslərini tərənnüm edən əsərlərin nümayiş olunduğu sərgidə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun nümayəndələri, bu şəhərdə yaşayan və işləyən soydaşlarımız, o cümlədən azərbaycansevər istanbullular iştirak ediblər./azertag.az/

# 2045 dəfə oxunub

Müəllifin son yazıları

# # #