“YARAT” növbəti film festivalına ev sahibliyi edəcək

“YARAT” növbəti film festivalına ev sahibliyi edəcək
19 fevral 2018
# 16:12

Fevralın 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Future Shorts” adlı qisametrajlı film festivalı keçiriləcək.

Yeni qış mövsümü toplusunun nümayişi olan festival yaradıcı qruplar və fərdlər üçün meydan olan “YARAT Freestyle” proqramı çərçivəsində reallaşacaq. Festival çərçivəsində altı ekran əsərinin nümayişi nəzərdə tutulur. İştirakçılar filmləri rus dilində subtitrlərlə izləyəcəklər.

Mövcud olduğu 12 il ərzində festival Yaponiyadan tutmuş Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanıb. Festival bütün dünya boyu peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır.

# 1093 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #